18 may 2025 at 19:31
Jurnalist kodu: 5561
Xəbər kodu: 85836827
T T
0 Persons
Pezeşkiyan: Böyük Firdovsi mədəni həyatımız üçün əbədi örnək irs qoymuşdur

Tehran - İRNA - Prezident bildirib: "Böyük Firdovsi özünün möhtəşəm “Şahnamə”si ilə nəinki İran tarixini unudulmaqdan xilas etdi, həm də mədəni həyatımız üçün əbədi bir örnək qoydu."

Məsud Pezeşkiyan müdrik Əbul-Qasim Firdovsi günü tədbirinə ünvanladığı mùraciətində yazıb: "Ölkənin mədəni əsaslarının möhkəmləndirilməsinin zəruriliyinə qəti inamla bütün elm, mədəniyyət, təhsil və media qurumlarını fars dilinin qorunub saxlanmasını, bu diyarın hikmət və mədəniyyətinin uca tutulmasını mədəni, tarixi və sivilizasiya bir vəzifə kimi öz gündəmlərinə qoymağa və əziz İslami İran xalqımızın qüruru yolunda səylərini əsirgəməməyə çağırıram."

Prezidentin müraciətinin bir hissəsi belədir:

Böyük müdrik Əbül-Qasim Firdovsinin anım günü, fars dilini, onun sivilizasiya kimliyini qoruyub saxlamaq günü və İran mədəniyyətinin möhtəşəmliyini qeyd etmək günüdür.

Elə bir gün ki, hər bir iranlının ruhu böyük bir insanın sözünün aynasında əks olunur. Hansı ki, öz qələminin gücü ilə dastan dili ilə milli kimliyi hikmət, din, əxlaq sütunları üzərində qurdu.

Böyük Firdovsi özünün böyük “Şahnamə”si ilə nəinki İran tarixini unudulmaqdan xilas etdi, həm də mədəni həyatımız üçün əbədi bir örnək irs qoydu. Düşüncəyə, azadlığa, ədalətə və özünə hörmətə əsaslanan bir örnək. 

Bu gün bu epik ruhu yenidən öyrənməliyik. Bu tanınmış şairin həm zahirdə, həm də batində azadlıqdan, insan ləyaqətindən, milli qeyrətdən, zülm və məhvə qarşı qələbə ümidindən söz açdığı bir ruh. Böyük İran xalqı bütün mədəni və dil müxtəlifliyi ilə bir ailədir. Bu vəhdət və harmoniyanı mümkün edən Allaha iman, vətənə məhəbbət və ortaq mədəniyyətə arxalanmaqdır ki, Firdovsinin “Şahnamə”si də onun ən möhtəşəm sütunlarından sayılır.

Sizin rəyiniz

You are replying to: .