18 may 2025-ci il, bazar günü günortadan sonra, “Tehran Dialoq Forumu 2025” iclası çərçivəsində Oman Sultanlığının Xarici İşlər Naziri Bədr Əl-Busəid ilə görüşdə Məsud Pezeşkiyan ikitərəfli münasibətlərin çoxlu əlverişli səviyyəsini, eləcə də Oman hökumətinin İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dolayı danışıqlarda xeyirxah və konstruktiv rolunu yüksək qiymətləndirdi və dedi: Ümid edirik ki, Sultan Heysəm bin Tariqin səmimi və dürüst səyləri və niyyətləri ilə bu danışıqlar regionda davamlı sülh və sabitliyə zəmanət verən ədalətli razılaşmaya gətirib çıxaracaq.
İslam ölkələri arasında daha çox yaxınlaşmanın zəruriliyini vurğulayan Prezident qeyd edib: “Müsəlman və qardaş ölkələr bir-birinə yaxınlaşdıqca, əməkdaşlıqlarını genişləndirdikcə, İslam millətinə bəla arzulayanlar təfriqə və nifaq toxumu səpmək üçün daha çox canfəşanlıq edəcəklər”.
Pezeşkiyan İran İslam Respublikasının İslam ölkələri, xüsusilə dost və qardaş Oman ölkəsi ilə bütün ticarət, siyasi, iqtisadi, elmi və texnoloji sahələrdə mübadilə və əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqlayaraq əlavə edib: Gələn həftə Omana gözlənilən səfərim iki ölkə arasında hərtərəfli əlaqələrin dərinləşdirilməsində dönüş nöqtəsi ola bilər və ümid edirik ki, onun nəticələri iki ölkəyə faydalı olacaq.
Prezident həmçinin ümidvar olduğunu bildirdi ki, region ölkələri arasında daha geniş əməkdaşlıq və sinerji ilə insanların firavanlıq, rahatlıq və ədalət içində yaşadığı bir region qurmaq olar.
Sizin rəyiniz