Andrey Slepanov Moskvada İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəhbəri Səməd Həsənzadə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə əlavə edib: "Bu yol xəritəsi Avrasiya İqtisadi İttifaqı və İran biznesləri arasında birbaşa əməkdaşlığı inkişaf etdirmək üçün tədbirləri və ticarətin tənzimlənməsinin təfərrüatlarını izah edən tərəflər arasında tematik seminarları ehtiva edir."
Avrasiya İqtisadi İttifaqının ticarət naziri qeyd edib: İttifaq və İran arasında azad ticarət sazişi biznes operatorlarının bir-birinin bazarlarına çıxışı üçün unikal şərait yaradır, qarşılıqlı fəaliyyət, ticarət-iqtisadi əməkdaşlığın aktual problemlərinin həlli üçün müvafiq mexanizmlər və platformalar yaradır, ölkələrimizdə qanunlar və onların tətbiqi prosedurları haqqında qarşılıqlı anlaşmanı gücləndirir.
Avrasiya İqtisadi Komissiyasının Moskvadakı mənzil-qərargahında baş tutan görüşdə Slepanov vurğulayıb: “Biz İranla əməkdaşlığın yeni mərhələsinə tərəfdaşlıq kimi baxırıq. Sahibkarlarımızın bir-birini rəqib kimi yox, tərəfdaş kimi görmələri vacibdir ki, onlar öz potensialından və texnologiyalarından yararlana bilsinlər və 250 milyonluq vahid bazarda əməkdaşlıq etsinlər".
Sizin rəyiniz