Təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin 13-cü beynəlxalq toplantısında iştirak etmək üçün çərşənbə axşamı günü Moskvaya səfər edən Əli Əkbər Əhmədian jurnalistlərə açıqlama verib: Bu görüş çərçivəsində mənim bəzi ölkələrin, o cümlədən dost ölkələrin rəsmiləri ilə ikitərəfli görüşlərim olacaq.
O qeyd edib: “Belə bir sammitin keçirilməsi, eləcə də BRİKS qrupu və Şanxay Əməkdaşlıq Təşkilatı kimi mexanizmlərin formalaşdırılması dünyada mövcud birtərəfli nizama qarşı yeni sistemin qurulması istiqamətində səylərə başlandığını göstərir”.
Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Bu vəziyyət xalqların qarşısında açılmış bir fürsətdir və beynəlxalq arenada yeni sistemin formalaşdırılması üçün bu məkandan istifadə edilməlidir.
Sizin rəyiniz