Ölkəmizin xarici işlər naziri Seyid Abbas Əraqçi X hesabında yazıb: “İran İslam Respublikası müsəlman birliyini, xüsusən də Həccin mənəvi atmosferini pozmağa yönəlmiş istənilən cəhdi qəti şəkildə pisləyir. Qonşularımızla qardaşlıq münasibətlərimizə, o cümlədən Səudiyyə Ərəbistanı ilə münasibətlərdə irəliyə doğru gedən yola heç kimin xələl gətirməsinə imkan verməməkdə qərarlıyıq".
Xarici işlər naziri əlavə edib: İran builki Həcc ziyarətinin səriştəli və səmərəli idarə olunmasını yüksək qiymətləndirir. Səudiyyə Ərəbistanı hökumətinə və xalqına zəvvarları Allahın Beytül-həramına qəbul etməsi ilə bağlı salam və dualar edərək, onlara bu yolu davam etdirməkdə uğurlar və başucalığı diləyirəm.
Sizin rəyiniz