29 may 2025 at 18:15
Jurnalist kodu: 5561
Xəbər kodu: 85847388
T T
0 Persons
İran və Çin əlaqələrin strateji səviyyəyə yüksəldilməsini vurğulayıb

Moskva - İRNA - İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və Çin Kommunist Partiyasının Hüquq və Təhlükəsizlik Komitəsinin katibi Moskvada yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin 13-cü beynəlxalq sammiti çərçivəsində keçirilən görüşdə Tehran və Pekin əlaqələrinin strateji səviyyəyə yüksəldilməsini vurğulayıblar.

Doktor Əhmədian bu görüşdə iki ölkənin qədim sivilizasiyasına toxunaraq deyib: Tehran və Pekin əməkdaşlığı regiona təhlükəsizlik və iqtisadi tərəqqi gətirə bilər. 

O, regional təhlükəsizliyin təmin edilməsi üçün müstəqil dövlətlər arasında davamlı məsləhətləşmələrin vacibliyinə toxunaraq, əlavə etdi: Bugünkü dünyanın təhlükəsizlik mexanizmləri ədalətli deyil və Qərb onlardan öz maraqlarını təmin etmək üçün istifadə edir. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ölkəmiz prezidentinin Çinə gözlənilən səfərini də müzakirə edərək deyib: Bu səfər zamanı razılaşmaların həyata keçirilməsi üçün planlar hazırlanacaq və biz siyasi əlaqələrlə eyni səviyyədə ticarət mübadilə imkanlarını inkişaf etdirməyə çalışmalıyıq. 

Əhmədian əlavə edib: İran həmişə müttəfiqlərini danışıqlar və müzakirələrdən xəbərdar edir. 

Çin Kommunist Partiyasının Hüquq və Təhlükəsizlik Komitəsinin katibi də görüşdə deyib: İran regionun nüfuzlu ölkələrindən biridir və Pekin bu ölkə ilə əlaqələrinə önəm verir.

Çen Venqinq də iki ölkə arasında əməkdaşlıq yolunda düşmənlərin fitnə-fəsad törətməsinə işarə edərək dedi: Tehran-Pekin münasibətləri yeni bir yola qədəm qoyub və iki ölkə liderlərinin təqibi ilə bu əməkdaşlıq ən yüksək səviyyəyə çatacaq.

Moskva Təhlükəsizlik Sammitində Çin nümayəndə heyətinin rəhbəri iki ölkənin terrorizmlə mübarizədə birgə əməkdaşlıq planına nail ola biləcəyinə ümid etdiyini bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .