30 may 2025 at 00:41
Jurnalist kodu: 5561
Xəbər kodu: 85847546
T T
0 Persons
Prezident Pezeşkiyan: Biz özümüzün və İslam ümmətinin başucalığının ardıncayıq

Doktor Pezeşkiyan vurğuladı: Biz özümüzün və İslam ümmətinin başucalığının ardıncayıq. Biz sülh istəyirik; həm İslam ölkələri ilə, həm də dünyanın digər ölkələri ilə. Amma biz heç vaxt zora və zülmə boyun əyməyəcəyik.

İran prezidenti doktor Məsud Pezeşkiyanın Oman TV-yə verdiyi müsahibənin ən mühüm mövzuları aşağıdakılardır:

- Biz bütün İslam ölkələri ilə oturub Allahın və İslamın əziz Peyğəmbərinin (s) əmri əsasında hərəkət edə bilərik; Qurani-Kərimin müxtəlif ayələrində deyildiyi kimi, möminlər qardaşdırlar, qardaşlarınız arasında sülh yaradın.

Həmçinin İslam Peyğəmbəri (s) Məkkənin fəthindən sonra, fəthin ertəsi günü camaatı bir yerə toplayıb onlara buyurdu ki, müsəlmanlar bir-birinə qardaşdırlar.

Əgər Allah Rəsulunun (s) bu əmrini qəbul etsək və ona əməl etsək, bölgədə İslam qardaşlığına əsaslanan sülh və əmin-amanlıq bərqərar edə bilərik. 

- Biz müsəlmanlar qardaşıq, amma düşmənlərimiz olan müstəmləkəçilər və istismarçılar müxtəlif dillərlə, müxtəlif hiylələrlə, mədəni və siyasi parçalanmalarla bizi bir-birimizə qarşı qoymaq istəyirlər. Məqsədləri regionun resurslarını və kapitalını talamaq və əvəzində bizə silah, bomba və raket satmaqdır ki, bir-birimizlə vuruşaq. Həm sərvətlərimizi alırlar, həm də torpaqlarımızı məhv edirlər.

Bu tənliyi poza bilərik. Bölgədə İslam ölkələri ilə sülh, təhlükəsizlik və qardaşlıq mühitində davamlı sülh qura, İslam ölkələri arasında iqtisadiyyat, sənaye, elm və mədəniyyəti genişləndirə bilərik. Bu, bir şərtlə mümkündür ki, İslam ölkələrinin rəhbərləri bir yerdə otursunlar, söhbət etsinlər, heç bir ləhcə, dil və səsin müsəlmanların vəhdətini və birliyini pozmasına imkan verməsinlər; çünki bu, Allahın və Peyğəmbərinin əmrinə ziddir.

- Beynəlxalq hüquqa görə, hər bir ölkənin dinc məqsədlərlə uranın zənginləşdirilməsi və nüvə enerjisi ilə bağlı fəaliyyətləri sahəsində elmi və ekspert tədqiqatları aparmaq hüququ var. Əgər Birləşmiş Ştatlar İran İslam Respublikasının nüvə silahı əldə etmək istəmədiyinə əmin olmaq istəyirsə, bilməlidir ki, bu əminlik bizim inancımızdan irəli gəlir. İran İslam Respublikası öz Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin açıq-aşkar fətvasına əsaslanaraq, heç vaxt nüvə silahı yaratmağa və əldə etməyə cəhd etməyib və etməyəcək.

- Biz İran İslam Respublikasının doktrinasında nüvə silahı üçün heç bir yer tanımırıq. Əgər başqa ölkələr bizim nüvə silahına can atmadığımıza əmin olmaq istəsələr, biz bu məsələni region və dünya üçün aydınlaşdırmaq üçün hər cür əməkdaşlığa hazırıq.

- Biz terapevtik, diaqnostik, sağlamlıq, kənd təsərrüfatı və sənaye məqsədləri üçün uranın zənginləşdirilməsindən heç vaxt imtina etməyəcəyik, çünki bu, beynəlxalq hüquq çərçivəsində bizim hüququmuzdur. 

- Bizə heç kim deyə bilməz ki, siz uranı zənginləşməyin. Elm bütün dünyaya məxsusdur və bütün insanların bilik, texnologiya və elmi imkanlardan faydalanmaq hüququ var. Heç bir ölkə bunu başqa ölkədən ala bilməz. Ona görə də biz heç bir şəkildə uranın zənginləşdirilməsini dayandırmağa yönəlmiş təzyiqlərə boyun əyməyəcəyik. 

- İsrail və insan haqlarını iddia edənlər alimlərimizə sui-qəsd etdilər. Bölgədə qadınları, uşaqları, qocaları, mülki insanları özləri bombalayıb öldürənlər bizi terrorda ittiham edirlər. Həqiqətən regionda təhlükənin səbəbkarı olan onların bizi təhlükə hesab etməyə nə haqqı var? 

- Dünyada bizə hörmət edən istənilən ölkəyə hörmət edirik. İran İslam Respublikası ilə digər ölkələr arasında qarşılıqlı və ədalətli maraqlara əsaslanan əlaqələr və əməkdaşlıq formalaşa bilər. Bölgə ölkələri, o cümlədən Rusiya və Çin indiki vəziyyətdə bizimlə müsbət qarşılıqlı əlaqələrə malik olanda təbiidir ki, bizim də onlarla daha konstruktiv münasibətlərimiz olacaq. Sionist rejim istisna olmaqla, digər ölkələr bizimlə hörmətli və rasional şəkildə qarşılıqlı əlaqə qurmaq istəsələr, biz onlarla əməkdaşlıq etməyə hazırıq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .