2 iyun 2025 at 20:39
Jurnalist kodu: 5564
Xəbər kodu: 85851059
T T
0 Persons
İran İslam Respublikasının xarici işlər naziri ilə Almaniyanın xarici işlər naziri arasında telefon danışığı olub

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Almaniyanın xarici işlər naziri Yohan Vaddefuhl ilə telefon danışığında ikitərəfli əlaqələr və tərəfləri maraqlandıran digər məsələləri müzakirə edib.

Ölkəmizin xarici işlər naziri bu telefon danışığında iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib və bununla bağlı əldə olunan bəzi anlaşmalara istinad edərək, İranın bununla bağlı təsirli addımlar atmağa hazır olduğunu bildirib.

Əraqçi həmçinin sanksiyaların ləğvi və nüvə məsələsi sahəsində İran-ABŞ diplomatik prosesinə toxunaraq, Avropanın nüvə məsələsində konstruktiv rolunun vacibliyini vurğulayıb və İranın üç Avropa ölkəsi və Avropa Birliyi ilə danışıqları davam etdirmək istəyini bəyan edib.

Almaniyanın xarici işlər naziri də bu telefon danışığından məmnunluğunu ifadə edərək, Almaniyanın ölkəmizlə ikitərəfli və çoxtərəfli danışıqları davam etdirməyə və gələcəkdə qarşılıqlı etimad yaradan addımlar atmağa hazır olduğunu vurğulayıb.

Habelə bu telefon danışığında iki ölkənin Xarici İşlər Nazirlikləri arasında bəzi məsələlərin həlli məqsədi ilə siyasi danışıqların planlaşdırılması və həyata keçirilməsi qərara alınıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .