4 iyun 2025 at 20:52
Jurnalist kodu: 5561
Xəbər kodu: 85852806
T T
0 Persons
Pezeşkiyan və Qətər əmiri Qəzzanın məzlum xalqına qarşı cinayətləri dayandırmaq üçün səy göstərməyi vurğuladılar

Tehran - İRNA - Prezident Qətər əmiri ilə telefon danışığında bu ölkənin hökuməti və xalqını Qurban bayramı münasibətilə təbrik edib və ikitərəfli əlaqələrin gücləndirilməsi ilə yanaşı, Qəzzanın məzlum xalqına qarşı cinayətlərin dayandırılması üçün birgə səylərin göstərilməsini vurğulayıb.

Məsud Pezeşkiyan çərşənbə günü günorta Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında bu ölkənin hökumətini və xalqını Qurban bayramının gəlişi münasibətilə təbrik edib, onlara izzət, qürur, xeyir və bərəkət arzulayıb.

Bu əzəmətli İslam bayramının İslam ümmətinin vəhdət, həmrəylik və birlik rəmzi kimi yüksək mövqeyinə toxunan dövlət başçısı ümidvar olduğunu bildirib ki, bu mənəvi hadisə müsəlman ölkələri arasında qardaşlıq, dostluq tellərinin möhkəmlənməsinə və daha da yaxınlaşmasına zəmin yaradacaq.

Pezeşkiyan həmçinin İslam dövlətləri arasında siyasi və diplomatik əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib: “Ümid edirik ki, müsəlman ölkələri arasında empatiya və birlik işığında və siyasi və hikmətli həll yollarına arxalanaraq, biz sionist rejimə lazımi təzyiqləri tətbiq edə bilərik ki, bu yolla Qəzzanın məzlum xalqına qarşı təkrarlanan cinayət və vəhşilikləri dayandıraq.

Qətər əmiri Qəzzə xalqının acı və ağrılı vəziyyətinə toxunaraq vurğulayıb: İslam ümməti çətin və həssas bir mərhələdədir. Bununla belə, ümid etmək olar ki, Zati-alilərinizin rəhbərliyi, hikməti və davamlı səyləri ilə İran İslam Respublikası, Qətər hökuməti və digər İslam ölkələri arasında sıx əməkdaşlıqla yanaşı, biz bu çətin dövrdən qalib çıxa və sionist rejimin Qəzzanın müdafiəsiz xalqına qarşı soyqırımının davam etməsinin qarşısını ala biləcəyik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .