5 iyun 2025 at 22:10
Jurnalist kodu: 5561
Xəbər kodu: 85853448
T T
0 Persons
Pezeşkiyan: Qurban bayramı Allah qarşısında ibadətin ən ixlaslı təzahürüdür

Tehran - İRNA - Prezident mesajında İslam ölkələrinin rəhbərlərini və xalqını Vahid Allaha bəndəlik bayramı olan Qurban bayramının gəlişi münasibətilə təbrik edib.

Prezident Məsud Pezeşkiyan bu gün, cümə axşamı (5 iyun) müraciətində İslam ölkələrinin rəhbərlərini və xalqlarını Qurban bayramının gəlişi münasibəti ilə təbrik edərkən bildirib: Qurban bayramı ibadətin ən ixlaslı təzahürü, Allah qarşısında qurbanlıq və təslimiyyət rəmzi və Həzrət İbrahim (s) peyğəmbərin imtahan günüdür.

Prezident bu müraciətində xatırladıb: Ümidvaram ki, bu mübarək bayramın bərəkəti ilə müsəlmanların vəhdət və bütövlüyünün, İslam ümmətinin izzətinin hər zamankindən daha çox artdığının şahidi olacağıq, nazil olan İslamın və əziz Peyğəmbərin (s) qiymətli təlimlərinin sayəsi altında müxtəlif sahələrdə inkişaf və tərəqqi yolunda addımlayacağıq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .