7 iyun 2025 at 23:25
Jurnalist kodu: 5561
Xəbər kodu: 85854948
T T
0 Persons
Pezeşkian: İran, Pakistan ilə Hindistan arasında davamlı sülh üçün bütün təşəbbüsləri alqışlayır

Tehran – İRNA – İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında bildirib ki, İran Pakistan ilə Hindistan arasında davamlı sülhün yaradılması üçün atılacaq hər bir addımı və səyi alqışlayır və bu məqsədlə vasitəçilik rolu oynamağa hazırdır.

Pezeşkian, Qurban bayramı münasibətilə Pakistanın hökumətini və xalqını təbrik edib, İslam dünyasının birliyinə təkid edərək deyib: “Həcc mərasimi İslam aləmində birliyin təzahürüdür. Müsəlmanların Tanrısı, Peyğəmbəri (s), kitabı və qibləsi birdir. Qurban bayramı da qəlbdəki pisliklərdən və çirkinliklərdən qurtulmağı, bütün müsəlmanlar arasında birliyin və həmrəyliyin nümayişini simvollaşdırır.”

O, Pakistan ilə Hindistan arasında mövcud gərginliyə toxunaraq əlavə edib: “İran İslam Respublikasının əsas siyasəti, xüsusilə İslam dünyasında sülh və gərginliyin aradan qaldırılmasına yardım etməkdir. İran, bu istiqamətdə atılacaq hər addımı dəstəkləyir və vasitəçi olmaq üçün hazırdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .