11 iyun 2025 at 18:59
Jurnalist kodu: 5561
Xəbər kodu: 85859322
T T
0 Persons
Rusiya nümayəndəsi: TROYKA-nın “Maşa mexanizm” təhdidi alovla oynamaqdır / İranın nüvə məsələsi siyasi yolla həll olunmalıdır

London – İRNA — Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Mixail Ulyanov, Qərb ölkələrinin İranın nüvə proqramına dair siyasətini sərt tənqid edib. O, Avropa troýkasının (Fransa, Almaniya, Britaniya) BMT-nin Atom Enerjisi üzrə Agentliyinin İdarə Heyətində yeni qətnamə çıxarmağa çalışmasını və “mexanizm maşə”ni aktivləşdirməklə hədələməsini məsuliyyətsiz addım və alovla oynamaq adlandırıb.

O bildirib ki, İranın nüvə proqramı ilə bağlı yeganə uğurlu siyasi həll modeli hələ də “Birgə Hərtərəfli Fəaliyyət Planıdır” (BƏRCAM). Ancaq bu sazişin məqsədlərinin hələ də tam həyata keçməməsinin səbəbi, əvvəlcə ABŞ, daha sonra isə Avropa troýkasının destruktiv davranışlarıdır.

Ulyanov xatırladıb ki, ABŞ 2018-ci ildə razılaşmadan birtərəfli şəkildə çıxsa da, İran bir ildən artıq müddətdə öhdəliklərinə sadiq qaldı. Lakin sonradan Avropa ölkələri də öz öhdəliklərini pozdular.

O qeyd edib: “Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etməklə hədələmək – regionun sabitliyini pozmaq və beynəlxalq təhlükəsizliyi zəiflətməkdən başqa bir şey deyil. Bu, sadəcə siyasi oyunçuluqdur.”

Rusiya nümayəndəsi əlavə edib ki, İranın nüvə məsələsinin həlli yalnız siyasi və diplomatik yolladır. O, Oman vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan dolayı danışıqları alqışladığını, və İranın dinc nüvə enerjisindən istifadə hüququnu pozmadan balanslı və qarşılıqlı razılaşmaya çatmağın vacibliyini vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .