Əraqçi bu telefon danışığında sionist rejimin İranın nüvə obyektlərinə və yaşayış məntəqələrinə etdiyi hücumların nəticəsində bir sıra yüksək rütbəli komandirlər, universitet müəllimləri, qadınlar və uşaqların şəhid olduğunu qeyd edərək, bu hücumları BMT nizamnaməsinə və beynəlxalq normalara zidd adlandırıb. O, dünya ictimaiyyətini bu hücuma qarşı ciddi şəkildə mövqe bildirməyə çağırıb.
Əraqçi həmçinin Rusiyanın və digər ölkələrin bu hücumları pisləməsinə görə təşəkkür edib və xəbərdarlıq edib ki, bu cür hərəkətlər regionu dərin böhran və geniş təhlükəsizlik pozuntusuna sürükləyə bilər. O vurğulayıb ki, İran bu hücumlara qarşı özünü müdafiə etmək hüququna sahibdir və bu hüququndan qətiyyətlə istifadə edəcək.
Əraqçi həmçinin bildirib ki, İsrailin hücumları İranla ABŞ arasında aparılan dolayı danışıqlar zamanı baş verib və bu da İsrailin diplomatiyaya qarşı düşmənçiliyinin bir nümunəsidir.
Lavrov da qeyd edib ki, bölgədə gərginliyin azaldılması və genişmiqyaslı müharibənin qarşısının alınması vacibdir. O, Rusiya və İran prezidentləri arasında son telefon danışığını da iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından müsbət və konstruktiv addım adlandırıb.
Sizin rəyiniz