16 iyun 2025 at 18:15
Jurnalist kodu: 5564
Xəbər kodu: 85864736
T T
0 Persons
İranın Atom Agentliyindəki nümayəndəsi: Tehran NPT-dən çıxmaq məsələsinə gələcək hadisələr fonunda qərar verəcək

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi, Rza Nəcəfi bildirib ki, İranın Nüvə silahlarının yayılmaması haqqında müqavilədən (NPT) çıxmaq və ya çıxmamaq qərarı qarşıdakı hadisələrdən asılı olacaq. O bildirib ki, bu istiqamətdə atılacaq hər hansı addımın məsuliyyəti İsrail rejiminin üzərinə düşür.

Nəcəfi “Əl-Məyadin” telekanalına açıqlamasında deyib:“NPT-dən çıxmaq və ya bu müqavilədə qalmaq barədə qərar qarşıdakı hadisələrin gedişatından asılı olacaq. O bildirdi ki, İranın NPT-dən çıxması ilə bağlı atılacaq istənilən addımın məsuliyyəti İsrailin üzərinə düşür.
Nəcəfi əlavə edib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin Qubernatorlar Şurasından tələb edir ki, əvvəlki uğursuzluğu təkrarlamasın və bu dəfə sionist rejimin İrana qarşı təcavüzünü qətiyyətlə pisləmək üçün konkret və ciddi addımlar atsın.
O, əlavə edib ki, İsrail rejimi hazırda açıq şəkildə soyqırım törədir və bu təcavüzkar rejim yanlışlıqla düşünür ki, İran özünü müdafiə etmək gücündə deyil.

0 Persons

Sizin rəyiniz

You are replying to: .