-
Hizbullahın sionist rejimə qarşı 25 yeni əməliyyatı
Tehran - İRNA - Livan Hizbullahı bu gün (cümə axşamı) Qəzzə zolağında məzlum Fələstin xalqına, onların müqavimətinə dəstək, Livanın müdafiəsi və sionist rejimin bu ölkəyə təcavüzünə cavab olaraq, bu rejimin Livan ərazisinə sızan əsgərlərinə, baza və qəsəbələrinə qarşı 25 əməliyyat keçirib.
-
İranın İsrail tərəfdarlarına xəbərdarlığı: Kənarda dayanın
Nyu York - İRNA - İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi sionist rejimin tərəfdarlarına tövsiyə edib: “İsrail və İran rejimi arasında qarşıdurmaya girməyin və bu münaqişədən kənarda durun.”
-
Əraqçı: Regionun inkişafı və tərəqqisi onun sabitlik və təhlükəsizliyindən asılıdır
Tehran - İRNA - Xarici İşlər naziri İran və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü alqışlayaraq, ölkəmizin qonşularına daim diqqət yetirdiyini, regional əməkdaşlığın inkişaf etdirilməsi və regionun bütün ölkələrinin iştirakı ilə güclü regionun yaradılması istiqamətində irəlilədiyini vurğulayıb.
-
Sionist KİV: “Nəvatim” bazasına İranın hücumu zamanı ciddi ziyan dəyib - Video
Tehran - İRNA - Sionist rejim mətbuatı İranın raket cavabı nəticəsində sionist rejimin "Nəvatim" hərbi bazasına ciddi ziyan dəydiyini etiraf edib.
-
Almaniya və Avstriyanın Tehrandakı nümayəndəliklərinin rəhbərləri Xarici İşlər Nazirliyinə çağırıldı
Tehran - İRNA - Almaniya və Avstriyanın Tehrandakı nümayəndəliklərinin rəhbərləri Qərbi Avropa məsələləri üzrə baş direktor tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.
-
İranın İsrailə hücumunda raketlər haradan atılıb və haranı vurub?
Tehran - İRNA - İran İslam Respublikası sionist rejimi İranın suverenliyini pozan və Müqavimət Cəbhəsi şəhidlərini və İnqilab Keşikçiləri Korpusunun başıuca generalını terror etdiyinə görə cəzalandırmaq məqsədi ilə sionist rejimin terror aparatının həyati mərkəzlərini darmadağın edib.
-
Hizbullahın cavab hücumlarının davam etməsi; hərbi bazalar atəş altında
Tehran - İRNA - Livanın Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə hücumlarının davamında bir neçə baza və sionist əsgərlərin toplaşdığı yerləri hədəfə alıb.
-
Sionistlərin cinayətlərinin qarşısını almaq üçün Asiya Əməkdaşlıq Dialoq Forumu kimi təşkilatların imkanlarından istifadə edilməlidir
Tehran - İRNA - İran İslam Respublikasının prezidenti sionist rejimin regionda gərginlik və böhran yaratmasının qarşısını almaq üçün Asiya ölkələrinin sinerji və yekdilliyinin vacibliyinə toxunub və deyib: Asiya ölkələri Asiya Əməkdaşlıq Dialoq Forumu kimi regional təşkilatların imkanlarından istifadə edərək, xaricilərin bölgəyə müdaxiləsinin qarşısını alaraq, bu cinayətlərin qarşısının alınmasında rol oynamalıdır.
-
Beyruta fosfor bombaları ilə hücum olub
Tehran - İRNA - Livan mediası sionist rejimin tərkibində ağ fosfor olan bombalardan istifadə edərək Beyruta hücumu barədə məlumat yayıb.
-
Pezeşkiyan: Qəzzə və Livan xalqının sionist rejimin hücumları qarşısında çəkdiyi iztirablara biganə qalmamalıyıq
Tehran - İRNA - Prezident bildirib ki, biz Qəzzə və Livan xalqının sionist rejimin vəhşi hücumlarına qarşı iztirab və məcburi köçkünlüyünə biganə qalmamalıyıq və əlavə edib: Bu gün sionist rejim Qəzzada cinayət və soyqırım törətməyə cəsarət edirsə, bu, İslam ölkələrinin pərakəndəliyi və etinasızlığındandır. Bu təcavüzə qarşı birləşib vahid olmasaq, sabah növbə digər İslam şəhərləri və ölkələrinə çatacaq.
-
Yəmən silahlı qüvvələri Təl-Əvivdə mühüm hədəfə hücum edib
Tehran - İRNA - Yəmən silahlı qüvvələrinin sözçüsü Təl-Əvivdə həyati əhəmiyyətli bir hədəfə PUA ilə hücum edildiyini açıqlayıb.
-
Pezeşkiyan: Sionist rejimin ən kiçik səhvi İranın daha sarsıdıcı reaksiyasına səbəb olacaq
Tehran - İRNA - İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan sionist rejimin cinayətlərinin davam etməsinin İran İslam Respublikası silahlı qüvvələrinin qətiyyətli cavabına səbəb olacağını bildirib və vurğulayıb: Şübhəsiz ki, bu rejim ən kiçik səhvə yol versə, daha sərt və daha güclü cavab alacaq.
-
Sistan və Bəlucistanda yerləşən terror şəbəkəsi məhv edilib
Zahidan - İRNA - Sistan və Bəlucistanda yerləşən terror şəbəkəsi bu vilayətin kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən məhv edilib.