-
Əl-Əqsa Tufanı Fələstin xalqının işğala qarşı mübarizə tarixində dönüş nöqtəsi oldu
Tehran - İRNA - İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Əl-Əqsa Tufanı əməliyyatının ildönümü münasibətilə bəyanat yayaraq, bu əməliyyatı Fələstin xalqının sionist rejimin işğalı və zülmü ilə qanuni mübarizə tarixində dönüş nöqtəsi hesab edib.
-
Əbu Ubeydə Əl-Əqsa Tufanının ildönümündə: Düşmənə qarşı ağrılı və ağır başa gələn aşınma müharibəsi aparmağa davam edirik
Tehran - İRNA - Şəhid İzzəddin Əl-Qəssam Batalyonlarının sözçüsü Əbu Ubeydə vurğulayıb: “Nə qədər ki, düşmən təcavüz və müharibəyə davam edir, biz düşmənə qarşı bu ağrılı və baha başa gələn aşınma müharibəsini davam etdirəcəyik.”
-
Əraqçi Misirin Xarici İşlər naziri ilə telefon danışığında: Sionist rejimin istənilən avantürasına sərt cavab verəcəyik
Tehran - İRNA - Xarici İşlər naziri deyib: “İran İslam Respublikası regionda gərginliyi və müharibəni artırmağa can atmır, amma müharibədən də qorxmur və sionist rejimin hər hansı yeni hərəkət və avantürasına sərt və uyğun cavab verəcək.”
-
Bəqai: Təhlükəsizlik Şurasının sionist rejimə qarşı hərəkətsizliyinin beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələri var
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “BMT Təhlükəsizlik Şurasının sionist rejimin müharibəni qızışdırması qarşısında hərəkətsizliyi regionda sülh və sabitliyin ciddi şəkildə pozulmasına səbəb olur, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi nəticələri vardır.”
-
Fələstinli Uşaq və Yeniyetmələrlə 7-ci Beynəlxalq Həmrəylik İclası
“Fələstinli Uşaq və Yeniyetmələrlə 7-ci Beynəlxalq Həmrəylik İclası” bazar ertəsi (7 oktyabr) Zirvə Sammiti zalında İslami Şura Məclisnin sədri Məhəmməd Baqir Qalibafın iştirakı ilə keçirilməkdədir.
-
Qəzzənin şimalında Fələstin müqaviməti ilə sionist qüvvələr arasında gərgin qarşıdurma
Tehran - İRNA - Fələstin mənbələri Qəzzə zolağının şimalında yerləşən Cəbaliya düşərgəsində Fələstin müqavimət döyüşçüləri ilə sionist rejim əsgərləri arasında şiddətli qarşıdurmanın baş verdiyini bildiriblər.
-
İraq müqavimət qüvvələrinin işğal olunmuş ərazilərə dron zərbəsi
Tehran - İRNA - İraq İslami Müqaviməti işğal olunmuş ərazilərə yeni pilotsuz təyyarə hücumu haqda xəbər verib.
-
Üç min əhli-sünnə alimi “Doğru Vəd 2” əməliyyatına dəstək olaraq İslam İnqilabının Ali Rəhbərinə məktub yazıb
Tehran - İRNA - Ölkənin əhli-sünnə alimlərindən üç min nəfəri İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneiyə məktub yazaraq zəfərli “Doğru Vəd 2” əməliyyatına görə təşəkkür və dəstəklərini ifadə ediblər.
-
Qüds Qüvvələrinin Koordinasiya üzrə rəis müavini: General Qaani sağlam və fəaliyyətdədir
Tehran - İRNA - Qüds Qüvvələrinin Koordinasiya üzrə rəis müavini bir çox şəxsin General Qaani barədə soruşduğunu bildirərək dedi: O, sağlam və aktivdir.
-
Hökumət sözçüsü: Sionist rejim ayağını yorğanından çıxartmamalıdır
Tehran - İRNA - Hökumət sözçüsü İran İslam Respublikasının öz milli maraqlarını müdafiə etməkdə səhlənkarlıq etməyəcəyini vurğulayıb və deyib: Ümid edirik ki, sionist rejim kifayət qədər çəkindirici qüvvə alıb və öz hüdudlarından kənara addım atmayacaq.
-
HƏMAS: 7 oktyabr işğala qarşı mübarizədə dönüş nöqtəsidir
Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) vurğulayıb: Oktyabrın 7-si Fələstin xalqının sionist işğalına qarşı mübarizəsində tarixi dönüş nöqtəsidir.
-
İsrail ordusu bir il ərzində 728 hərbçisinin öldüyünü etiraf edib
Tehran - İRNA - Sionist ordu son bir ildə bu ordunun 728 hərbçisinin öldürüldüyünü etiraf edib.
-
Sorğunun nəticələrinə görə: Sionistlərin 61%-i özünü təhlükədə hiss edir
Tehran - İRNA - Sionist televiziyası keçirilən bir sorğunun nəticələrinə əsaslanan hesabatda sionistlərin 61 faizi Fələstində özlərini təhlükəsiz hiss etmədiklərini bildirib.
-
General Əmir Əli Hacızadəyə “Fəth” medalı verilib
Ali Baş Komandan Ayətullah Seyid Əli Xamenei bazar günü (6 oktyabr 2024) keçirilən mərasimdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadəni "Doğru vəd" əməliyyatı münasibətilə "Fəth" medalı ilə təltif edib. "Fəth" medalı İslam döyüşçülərinin zəfərli əməliyyatlarının və bu əməliyyatların fatehlərinin simvolu olaraq seçilib. Bu medal üç xurma yarpağından və Xürrəmşəhr Məscidinin günbəzindən və İran İslam Respublikasının bayrağından ibarətdir.
-
Müqavimət raketləri Hayfanı vurdu
Tehran - İRNA - Sionist mediası işğal altındakı Hayfa şəhərinə bir neçə raket zərbəsi endirildiyi barədə məlumat verib.