-
Əraqçi: Amerika İrana qarşı hücumda ən çox əməkdaşlıq edib - Təcavüzə cavab verməyi öz haqqımız hesab edirik
Tehran - İRNA - Xarici İşlər Naziri deyib: “Sionist rejimin təcavüzünü pisləyirik və cavab vermək hüququnu özümüzdə saxlayırıq. Hər halda, İran torpağına hücum olub və təbiidir ki, öz vaxtında cavabımız olacaq.”
-
İran sionist rejimin Beyt-Lahyada yaşayış evinə hücumunu kəskin pisləyib
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist hərbçilərin Qəzzə zolağının şimalında Beyt-Lahyada yaşayış evinə vəhşicəsinə hücumunu qəti şəkildə pisləyib, cinayətləri dayandırmaq, işğalçı rejimin başçılarını mühakimə etmək və cəzalandırmaq üçün qətiyyətli beynəlxalq tədbirlər görülməsini tələb edib.
-
Mərmi, dron və raket; Hizbullahın işğala qarşı yeni 19 əməliyyat dalğası
Tehran - İRNA - Livan Hizbullahı sionist rejimin Qəzzə zolağı və Livandakı cinayətlərinə cavab olaraq 19 əməliyyatla sionist rejim ordusunun mövqelərini və işğal olunmuş Fələstinin şimalında sionist mühacirlər məskunlaşmış qəsəbələri hədəfə alıb.
-
Əraqçinin Borrelin sözlərinə reaksiyası: Avropa riyakarlığın simvoludur
Tehran - İRNA - Xarici işlər naziri Aİ-nin xarici siyasət rəsmisinə xitabən deyib: “Avropa İttifaqının Cəmşid Şarməhd tərəfindən öldürülənlərin ailələrinə dəstək tədbirləri görməsinə dair heç bir fikriniz yoxdur? Cavabınız yoxdursa, demək lazımdır ki, Avropa yalnız riyakarlığın simvoludur.”
-
Əraqçı: Alman pasportu heç kimə toxunulmazlıq vermir, nəinki terrorçu cinayətkar
Tehran - İRNA - Xarici İşlər naziri alman pasportunun terrorçu cinayətkar bir yana, heç kimə toxunulmazlıq vermədiyini bəyan edərək, Almaniya hökumətinə xitabən yazıb: “Özünüzü riyakar insan haqları şüarları arxasında gizlətməyin. Biz alman vətəndaşlarının Səddam rejiminə verdiyi kimyəvi silahları unutmamışıq.”
-
İsrailin Beyt Lahyada törətdiyi yeni cinayətində 93 fələstinli şəhid olub
Tehran - İRNA - Xəbər mənbələri Qəzzə zolağının şimalındakı Beyt Lahya düşərgəsində yaşayış kompleksinin bombalanması nəticəsində ən azı 93 Fələstin vətəndaşının şəhid olduğunu bildirib.
-
Netanyahunun Haaqadakı həbs qərarı 5 ay müddətinə təxirə salınıb
Tehran - İRNA - Beynəlxalq Cinayət Məhkəməsi bir çoxlarının ikili standart kimi qiymətləndirdiyi bir hərəkətlə Netanyahunun həbs qərarını daha 5 ay təxirə saldı.
-
Livan Hizbullahının yeni baş katibi Şeyx Nəim Qasım oldu
Tehran - İRNA - Livan Hizbullahının Şurası Şeyx Nəim Qasimin Hizbullahın yeni baş katibi seçilməsinə razılıq verib.
-
Bir neçə sionist həkim Netanyahunun siyasətinə etiraz olaraq tətil elan ediblər
Tehran - İRNA - Müxtəlif ixtisaslara malik 15 sionist həkim İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza zolağındakı sionist əsirlərlə bağlı siyasətlərinə etiraz olaraq tətilə çıxıb və fəaliyyətlərini dayandırıblar.
-
BMT Baş Katibi: İsrailin UNRWA əleyhinə qanunu qəbuledilməzdir
Tehran – İRNA – Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş işğal olunmuş ərazilərdə fələstinli qaçqınlara yardım və məşğulluq agentliyinin (UNRWA) fəaliyyətinin qarşısını almaq üçün Knessetin (Sionist rejim parlamenti) qəbul etdiyi qanuna münasibət bildirərkən vurğulayıb: İsrail (rejiminin) UNRWA-ya qarşı təsdiq etdiyi qanun qəbuledilməzdir
-
Yəmən Silahlı Qüvvələri üç dəniz əməliyyatı həyata keçirib
Tehran - İRNA - Yəmən silahlı qüvvələrinin sözçüsü Qırmızı dəniz, Ərəbistan dənizi və Bab əl-Məndəb boğazında üç əməliyyat həyata keçirildiyini açıqlayıb.
-
İrəvani: Amerikanın dəstəyi İsraili daha da həyasızlaşdırıb; Cavabımız beynəlxalq hüquq normalarına uyğun olacaq
Nyu-York - İRNA - İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani deyib: Amerika Birləşmiş Ştatlarının İsrail rejiminə qeyd-şərtsiz dəstəyi, onun Təhlükəsizlik Şurasının daimi üzvü kimi bu şuranın vəzifələrini yerinə yetirməsinə mane olması, bu rejimi Qəzza və Livanda və indi də İrana qarşı cinayət və təcavüzlərini davam etdirmək üçün daha həyasızlaşdırdı.
-
Ayətullah Xameneinin rəsmi azəri hesabına X platforması tərəfindən süni maneə yaradılıb
Tehran - İRNA - İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin Azərbaycan dilində olan rəsmi X hesabı bu platforma tərəfindən bir gün ərzində bloklanıb və yenidən açılıb. Belə ki, hesab geri qaytarıldıqdan sonra izləyicilərinin hamısı X şirkəti tərəfindən silinmişdir.