-
Əraqçi: İsrailin təcavüzünü və Suriyanı məhv etməsini dayandırmaq üçün regional ölkələrin dərhal səfərbər olması vacibdir
Tehran - İRNA - İranın Xarici İşlər naziri vurğulayıb: “İsrailin təcavüzünü və Suriyanı dağıtmasını dayandırmaq üçün regional ölkələrin dərhal və effektiv səfərbərliyi və birliyi vacibdir.”
-
Pezeşkiyan: Regionda baş verən hazırkı hadisələr sionist rejimin İslam ölkələri arasındakı ixtilaflardan sui-istifadə etməsinin sübutudur
Tehran - İRNA - Prezident aramızdakı problemlərin qardaşcasına həll edilməli olduğunu və əməldə İslam dünyasının qüdrətini gücləndirməyin vacibliyini vurğulayaraq deyib: “Regionda baş verənlər sübut edir ki, sionist rejim İslam ölkələrinin ixtilaflarından sui-istifadə edərək Qəzzə, Livan və Suriyaya təcavüz edir və müsəlmanları qətlə yetirir.”
-
İran: İsrailin qanunsuz hərəkətləri BMT-ni bu rejimin üzvlüyünü təzədən nəzərdən keçirməyə təşviq etməlidir
Nyu York - İRNA - İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi bildirib: “Biz hesab edirik ki, İsrail rejiminin qeyri-qanuni hərəkətləri Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərini (BMT-nin) Nizamnaməsinin 6-cı maddəsinə əsasən bu rejimin təşkilata üzvlüyünü nəzərdən keçirməyə təşviq etməlidir.”
-
Qəribabadi: Sionist rejimin Fələstin, Livan və Suriyaya təcavüzü dayandırılmalıdır
Tehran - İRNA - Ölkəmizin Xarici İşlər nazirinin müavini, İranın Suriyanın birliyi, milli suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial mövqeyinə toxunaraq, Suriyanın taleyini müəyyənləşdirməyin və gələcəyi ilə bağlı qərarlar qəbul etməyin yalnız bu ölkə xalqının öhdəsinə olduğunu vurğulayıb.
-
Netanyahunun məhkəməsi ardıcıl ikinci gün zirzəmidə keçirilib
Sionist rejim media mənbələri xəbər veriblər ki, bu gün (çərşənbə günü) işğalçı rejimin baş naziri ikinci gündür ki, yeraltı raket əleyhinə zalda məhkəmədə olub və ona qarşı silsilə korrupsiya ittihamları irəli sürülüb.
-
Sionist rejim növbəti dəfə atəşkəsi pozub - İsrailin hava hücumu nəticəsində bir livanlı şəhid olub
Tehran - İRNA - Media mənbələri bu gün (çərşənbə) sionist rejimin Livanla atəşkəs razılaşmasını yenidən pozaraq bu ölkənin cənubundakı bölgələrə hücum etdiyini bildiriblər. Bu hücumda bir livanlı şəhid olub və bir neçə nəfər yaralanıb.
-
İran lideri: Suriyada baş verənlər Amerika və sionistlərin birgə planının məhsuludur
Tehran - İRNA - İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri xalqın müxtəlif təbəqələrdən ibarət böyük bir qrupu ilə görüşündə deyib: Şübhə yoxdur ki, Suriyada baş verənlərin əsas səbəbi Amerika və İsrailin komandanlıq otağında planlaşdırılıb.
-
BMT: Suriyada son iki həftədə ən azı 75 mülki şəxs həlak olub
Tehran - İRNA - Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi bəyanat yayaraq, son iki həftə ərzində Suriyada yüzlərlə mülki şəxsin yaralandığını və ən azı 75 nəfərin öldüyünü açıqlayıb.
-
Xarici İşlər Nazirliyinin mətbuat katibi Avropa üçlüsünün bəyanatına münasibət bildirib
İran istənilən qarşıdurma və qeyri-qanuni davranışa qanuni hüquqları çərçivəsində və lazımi şəkildə cavab verəcək.
-
Şərqi Təl-Əvivdə anti-sionist əməliyyatı - Bir sionist yaralanıb
Tehran - İRNA - İvrit dilli mənbələr Təl-Əvivin şərqində işğal olunmuş Fələstinin mərkəzində anti-sionist əməliyyatların baş verdiyini bildirib.
-
Sionist rejimin Qəzza zolağının mərkəzi və şimalını bombalaması nəticəsində 48 fələstinli şəhid olub
Tehran - İRNA - Fələstin mənbələri sionist rejim ordusunun Qəzzə zolağının şimalındakı Kamal Ədvan xəstəxanasının mərkəzində və ətrafında yerləşən Nusəyrat düşərgəsini bombalaması nəticəsində 48 fələstinlinin şəhid olması barədə xəbər veriblər.