-
Fransanın terror qruplaşmasının yığıncağına evsahibliyi etməsi pislənilir
Tehran - İRNA - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın “münafiqlər” terror qruplaşmasının yığıncağına evsahibliyi etməsini terrorizmin dəstəklənməsi, Fransa hökumətinin terrorizmin qarşısının alınması və onunla mübarizə üzrə beynəlxalq hüquqi öhdəliyinin pozmasının bariz nümunəsi kimi pisləyib.
-
General Səlami: Raketlərimiz müasirdir
Tehran - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı deyib: “Raketlərimiz həm kəmiyyət, həm keyfiyyət, həm də bacarıq və dizayn baxımından hər gün yenilənir və artır.”
-
Sionist rejim ordusunun “Givati” xüsusi diviziyasının komandirlərinin 80%-i Qəzzə müharibəsində ölüb və ya yaralanıb
Tehran - İRNA - Sionist rejimin daxili təhlükəsizlik şurasının keçmiş rəhbəri etiraf edib ki, bu rejim ordusundakı “Givati” xüsusi diviziyasının komandirlərinin 80%-i Qəzzə müharibəsində ölüb və ya yaralanıb.
-
Fəcr ongünlüyündə Pars 2 peykinin nümayişi - Pars 3 hazırlanır
Tehran - İRNA - İran Kosmik Təşkilatının rəhbəri “Pars 3” peykinin hazırlanmasının davam etdiyini bəyan edərək deyib: “4 metrdən daha yüksək dəqiqliklə qara-ağ təsvir qabiliyyətinə malik olan və SAİran şirkəti tərəfindən istehsal olunan Pars 2 sensor peyki Fəcr ongünlüyündə təqdim olunacaq.”
-
İran və Rusiya arasında hərtərəfli razılaşmanın yeni təfərrüatları; balans saxlamaqdan tutmuş ərazi bütövlüyünə hörmət etməyə qədər
Moskva - İRNA - İran İslam Respublikasının Rusiyadakı səfiri bildirib: “İki ölkə arasında müqəddimə və 47 maddədən ibarət hərtərəfli əməkdaşlıq sazişi ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir və onun hazırlanmasında tarazlıq və müstəqilliyin qorunması, ölkənin ərazi bütövlüyünə hörmət nəzərə alınıb.”
-
Los-Ancelesdə baş verən yanğında ölənlərin sayı 11-ə çatıb
Tehran - İRNA - Amerika rəsmiləri Kaliforniyanın Los-Anceles bölgəsində baş verən kütləvi meşə yanğını nəticəsində ölənlərin sayının 11 nəfərə yüksəldiyini və indiyədək bölgənin 153 minə yaxın sakininin evlərini tərk etmələri barədə göstəriş verildiyini açıqlayıb.
-
Xuzistanda casus şəbəkəsi zərərsizləşdirilib
Əhvaz - İRNA - Fars körfəzi ölkələrindən birinin kəşfiyyat xidməti ilə əlaqəli olan və əyalətin həssas mərkəzlərindən məlumat toplayan casus şəbəkəsinin agentləri Xuzistan İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının İmam Zamanın (ə) anonim əsgərlərinin gecə-gündüz səyləri ilə həbs olunaraq ədliyyə orqanlarına təhvil verildi.
-
Yəmən: Təcavüzkarların hücumu nəticəsində bir nəfər şəhid olub və 9 nəfər yaralanıb
Tehran - İRNA - Yəmənin Səhiyyə Nazirliyi şənbə günü səhər Amerika, İsrail və İngiltərənin Səna və Hudeydəyə təcavüzkar hücumları nəticəsində bir nəfərin şəhid olduğunu, 9 nəfərin isə yaralandığını bildirib.