Yol və Şəhərsalma nazirinin nəqliyyat işləri üzrə müavini Rəşt-Astara dəmir yolu işlərinin plan üzrə davam etdiyini bildirərək deyib: “Bu iş üçün Rusiya hökumətindən kredit götürülüb və iki ölkə arasındakı razılaşmaya diqqət etməklə, biz bu layihəyə 2024-cü ilin əvvəlindən, yəni təxminən bir ay yarımdan sonra başlayacağımıza ümid edirik.”