22 dekabr 2023 at 20:54
Jurnalist kodu: 5487
Xəbər kodu: 85329966
T T
1 Persons

Tags

Tezliklə Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq

22 dekabr 2023 at 20:54
Xəbər kodu: 85329966
Tezliklə Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq

Yol və Şəhərsalma nazirinin nəqliyyat işləri üzrə müavini Rəşt-Astara dəmir yolu işlərinin plan üzrə davam etdiyini bildirərək deyib: “Bu iş üçün Rusiya hökumətindən kredit götürülüb və iki ölkə arasındakı razılaşmaya diqqət etməklə, biz bu layihəyə 2024-cü ilin əvvəlindən, yəni təxminən bir ay yarımdan sonra başlayacağımıza ümid edirik.”

Şəhriyar Əfəndizadə televiziya verlişində Yol və Şəhərsalma Nazirliyinin meqalayihələrinə toxunaraq deyib: “Yol və Şəhərsalma Nazirliyində iki böyük layihə var. Bunlardan biri dörd il ərzində dörd milyon mənzil tikmək məqsədi ilə Milli Mənzil hərəkatıdır, ikincisi isə “İranRah” (İranYol) layihəsidir, yəni Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsini birləşdirə biləcək layihə. İran bu layihədə böyük rol oynaya və bölgədə çiçəklənə bilər, eləcə də region ölkələri və qonşu ölkələr üçün böyük iqtisadi potensial yarada bilər.”

Yol və Şəhərsalma nazirinin bu ilin may ayında İran, Hindistan və Rusiyanın üçtərəfli iclasında İranRah layihəsini təklif etdiyini bəyan edən Əfəndizadə deyib: “Bu layihə həm region ölkələri, həm də dünyanın mühüm ölkələri üçün böyük potensiala malik ola bilər. İran 15 ölkə ilə su və ya quru yolu ilə birləşibdir; həmçinin dənizə çıxışı olmayan Orta Asiya ölkələri də var. Bu layihə ilə bütün Orta Asiya ölkələri asanlıqla açıq sulara qoşula bilər. Şimal-Cənub dəhlizində Rusiyanın İran və Hindistana, xüsusən də Orta Asiya ölkələrinin Fars körfəzi və Oman dənizi ölkələrinə çıxışı ortaya qoyulur. Şərq-Qərb oxunun digər tərəfində, Çinin Avropaya çıxışı İranda mövcud olan mühüm potensial üçün böyük rol oynaya bilər.”

Sizin rəyiniz

You are replying to: .