Tehran - İRNA - Ölkəmizin Xarici İşlər naziri doktor Əmir Abdullahiyan ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığında Cənubi Qafqazla bağlı hadisələr, ikitərəfli əməkdaşlıq və münasibətlərin son vəziyyəti, bəzi regional və beynəlxalq məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Yol və Şəhərsalma nazirinin nəqliyyat işləri üzrə müavini Rəşt-Astara dəmir yolu işlərinin plan üzrə davam etdiyini bildirərək deyib: “Bu iş üçün Rusiya hökumətindən kredit götürülüb və iki ölkə arasındakı razılaşmaya diqqət etməklə, biz bu layihəyə 2024-cü ilin əvvəlindən, yəni təxminən bir ay yarımdan sonra başlayacağımıza ümid edirik.”