Doktor Əmir Abdullahiyan Qafqazdakı mövcud hadisələrə toxunaraq, Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqlar prosesini alqışlayıb, İran İslam Respublikasının regionda sülh və sabitliyin sabitləşdirilməsinə dəstəyini vurğulayıb.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da İran İslam Respublikasını Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişi imzalaması münasibətilə təbrik edib və bunu İran İslam Respublikası ilə Rusiya və bu ittifaqa üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafında çox mühüm addım adlandırıb.
Sergey Lavrov bir daha bəyan edib: “Rusiya İranın ərazi bütövlüyünə səmimi, sadiqliklə və qeyd-şərtsiz hörmət edir və bu, Moskvanın dəyişməz mövqeyidir.”
Rusiyanın Xarici İşlər naziri Rəşt-Astara dəmir yolunun tikintisində iki ölkənin əməkdaşlığına da toxunub, bu razılaşmanın Moskva tərəfindən həyata keçirilməsi üçün bütün daxili rəsmi işlərin tamamlanmasına diqqət etməklə, ölkəsinin iki ölkə arasında bu əməkdaşlığın inkişaf planının həyata keçirilməsini sürətləndirmək əzmində olduğunu vurğulayıb.
Söhbətin sonunda tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını vurğulayıblar.
Sizin rəyiniz