Tehran – İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun tanınmış müşavirlərindən olan general Seyid Rəzi Musəvinin terror edilməsini pisləyib və bunu qorxaqcasına cinayət kimi qiymətləndirib.
Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Qüds şəhərindəki sözçüsü bazar ertəsi İRNA-nın beynəlxalq qrupunun müxbiri ilə müsahibədə deyib: “Sionist rejimin müqavimət komandirlərini terror etməklə hədələməsi, xüsusilə də HƏMAS-ın siyasi ofisinin sədr müavini Saleh əl-Arurinin terror edilməsi ilə bağlı birbaşa təhdidləri işğalçıların məğlubiyyəti, uğursuzluğu, acizliyi və ümidsizliyindən qaynaqlanır.”