İRNA-nın çərşənbə axşamı Əl-Məyadin xəbər kanalına istinadən verdiyi məlumata görə, HƏMAS hərəkatı bir bəyanatda sionist rejimin general Musəvinin Dəməşqin Zeynəbiyyə bölgəsindəki evinə hücumu zamanı terror edilməsini qətiyyətlə pisləyib.
HƏMAS-ın bununla bağlı bəyanatında deyilir: General Rəzi Musəvinin Suriyada sionist düşmən tərəfindən qətlə yetirilməsi qorxaqcasına bir cinayət və təcavüz olmaqla yanaşı, bir ərəb ölkəsinin suverenliyinin pozulmasıdır.
HƏMAS bəyanatının davamında vurğulayıb: SEPAH-a başsağlığı veririk və Fələstinin daxilində və xaricində düşmənin cinayətlərinin xalqımızın və millətimizin iradəsini qırmağa və müqavimətimizi sarsıtmağa müvəffəq olmayacağını vurğulayırıq.
Sizin rəyiniz