Tehran - İRNA - Neft naziri deyib: “İranda son illərdə qaz hasilatının orta hesabla artımı amansız sanksiyalara baxmayaraq, illik 5,2% təşkil edib, halbuki, sözügedən dövrdə dünyada qaz hasilatının orta artımı 2,5% olub. Bu, ölkənin qaz hasilatının dünya üzrə orta göstəricini iki dəfə artırdığını göstərir.”