1 mart 2024 at 21:29
Jurnalist kodu: 5487
Xəbər kodu: 85404731
T T
0 Persons

Tags

Ovci: Sanksiya illərində İranın qaz hasilatında artım dünya üzrə orta göstəricidən 2 dəfə çox olub

Tehran - İRNA - Neft naziri deyib: “İranda son illərdə qaz hasilatının orta hesabla artımı amansız sanksiyalara baxmayaraq, illik 5,2% təşkil edib, halbuki, sözügedən dövrdə dünyada qaz hasilatının orta artımı 2,5% olub. Bu, ölkənin qaz hasilatının dünya üzrə orta göstəricini iki dəfə artırdığını göstərir.”

Qaz İxracatçısı Ölkələrinin Forumu (GECF) Rəhbərlərinin 7-ci iclası üçün nazirlərin xüsusi iclası çərçivəsində Cavad Ovci deyib: “Ən son etibarlı beynəlxalq statistika bunu göstərir ki, İranın təbii qaz hasilatı 2011-ci ildən bəri hər zaman yüksələn xətt üzrə olub və ABŞ-ın qeyri-qanuni və transsərhəd sanksiyaları İranda qaz hasilatının artımını dayandıra və ya azalda bilməyib. Bundan əlavə, 2012-2022-ci illərdə İranın təbii qaz hasilatı hər il orta hesabla 5,2% artıb. Bu da, eyni dövr ərzində qlobal orta artımdan 2,5 dəfə çoxdur.”

“Bildirməliyəm ki, bütün sanksiya problemlərinə baxmayaraq, ötən il də İranın qaz hasilatında, eləcə də neft hasilatında artım tendensiyası davam edib” - deyə, Neft naziri qeyd edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .