İRNA-nın Kənd Kooperativ Təşkilatına istinadən verdiyi məlumatına görə, İran Kənd Kooperativləri Mərkəzi Təşkilatının Tədqiqat, Monitorinq və Xarici Ticarət Baş İdarəsinin rəhbəri Seyid Ruhullah Lətifi deyib: “Cari ilin əvvəlindən 22 avqustadək 109 milyon 714 min 177 dollar dəyərində 15 min 981 ton püstə ixrac edilib ki, bu da, eyni dövrlə müqayisədə çəkidə 6٪ artım və dəyərdə 1٪ azalma ilə yanaşı olmuşdur.”O əlavə edib ki, bu rəqəmə 71 664 217 dollar dəyərində 12 590 ton qabıqlı püstə, 37 milyon 306 min 179 dollar dəyərində 3 min 323 ton qabıqlı püstə, 744 min dollar dəyərində 68,5 ton ağırlığında digər püstələr daxildir.
Lətifi püstə məhsullarının ixrac istiqamətləri ilə bağlı deyib: “Rusiya 25 milyon dollar dəyərində 3733 ton alış və 23٪ payla birinci istiqamət, 11,2 milyon dollar alışla Almaniya, 11 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri, 8,5 milyon dollarla Qırğızıstan və 7,5 milyon dollarla Çin ilk beş ayda İran püstəsini almaqda ikinci-beşinci sıralarda olublar.
Onun sözlərinə görə, Hindistan, İraq, Özbəkistan, Tacikistan, İspaniya, Pakistan, Əfqanıstan, Kanada, Livan, İtaliya, Türkiyə, Honq Konq, Qazaxıstan, Küveyt, Qətər, Sinqapur, Suriya, Malayziya, İngiltərə, Türkmənistan, Ukrayna, Avstraliya, Belçika, Yaponiya, Oman , İordaniya, Fransa, Gürcüstan, Azərbaycan, Ermənistan, Yunanıstan, Serbiya, İsveçrə, Tailand, Moldova, Makedoniya, Hollandiya, Tayvan və Bəhreyn İranın püstə ixrac etdiyi ölkələr arasında müvafiq olaraq 6-44-cü yerləri tutur.