İRNA-nın ezam olunmuş müxbirinin verdiyi məlumata görə; Ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian və türkiyəli həmkarı Hakan Fidan bağlı qapılar arxasında keçirilən intensiv məsləhətləşmələrdən sonra, birgə mətbuat konfransında iştirak ediblər.
Əmir Abdullahian qeyd edib: Sionist rejim hər cür qadağan olunmuş silahlardan istifadə edir. Qəzzadan gələn xəbərləri izləyirsinizsə, şəhidlər və yaralılar istifadə edilən qadağan olunmuş silahların növünü və həcmini göstərir.
Ölkəmizin diplomatiya rəhbəri deyib: Ayətullah Rəisi sionist rejimin hərbi cinayətlərinin qarşısını almaq məqsədi ilə İslam ölkələri başçılarının iclasının keçirilməsi ideyasını region liderlərinə verib. Biz bu fikri Səudiyyə Ərəbistanı və Misirlə bölüşdük və ümid edirik ki, bu görüş tezliklə keçiriləcək.
O, deyib: Cənab Ərdoğana son mövqeylərinə görə təşəkkür edirəm. Təbii ki, müsəlmanlar islam ölkələrinin İsrail mallarına və enerjisinə embarqo qoyaraq Fələstin xalqına dəstəklərini göstərmələrini gözləyirlər. Biz İsrailə yanacaq göndərmək məsələsində həssas olmalıyıq. Ayətullah Rəisinin səfəri Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan da ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında bildirib: Qəzzada insanların dərman və qidaya çıxışı yoxdur, onlar dünyanın, gözü qarşısında qətlə yetirilir, hətta xəstəxanalar da hədəfə alınırlar. Bu mühasirə insan haqlarının açıq şəkildə pozulmasıdır. Biz bunun qarşısında səssiz qala bilmərik və dinc insanlara qarşı hücumlara dözməyəcəyik.
Fidan Ukrayna-Fələstin müharibəsində Qərb ölkələrinin ikili siyasətlərini tənqid edərək, deyib: Avropa Birliyi atəşkəsə qarşıdır. Onlar İsrail və Amerikanın yanındadırlar və İsrailin böhran yaratmış hava əməliyyatlarının davam etdirilməsini istəyirlər.