Fərzad Şərifi çərşənbə axşamı İRNA müxbirinə müsahibəsində deyib: “Aşkarlanmış əşyalar polis qüvvələrinin və bu baş idarənin mühafizə bölməsinin əməkdaşlığı ilə Bədrə şəhərində müəyyən edilərək götürülüb.
Bu əşyalara bilərzik, qolbaq kimi bəzək əşyaları, həmçinin üç min ildən çox yaşı olan nizə ucları və heykəlciklər daxildir.”
İlam Mədəni İrs, Əl işləri və Turizm Baş direktoru bu tarixi əşyaları gizləndiyi yerdə saxlayan icazəsiz qazıcıdan metal detektorun da aşkar edildiyini bildirib.
Şərifinin sözlərinə görə, sözügedən şəxs qanun pozuntusu ilə bağlı iş qaldırıldıqdan sonra əlavə araşdırma aparılması üçün məhkəmə orqanına təhvil verilib.
İRNA-nın məlumatına görə, indiyədək İlam əyalətindən tarixi və tarixdən əvvəlki yerlər, qədim əşyalar daxil olmaqla 800-dən çox əsər milli qeydiyyata alınıb.
İlam əyalətində Qala-Validə yerləşən antropoloji muzeyi, Kənd Təsərrüfatı Cihad Təşkilatının binasında yerləşən Fəlahati Saray Muzeyində kənd təsərrüfatının tarixi muzeyi və Dərəşəhrdə yerləşən arxeologiya muzeyi olmaqla üç muzey vardır.
İlam əyalətinin digər muzeyləri sırasında fosil, təbii tarix, zoopark və müqəddəs müdafiə muzeyinin bağçası var.
Sizin rəyiniz