1 iyul 2023 at 20:06
Jurnalist kodu: 5290
Xəbər kodu: 85156912
T T
0 Persons

Tags

İran dərman istehsalının müxtəlifliyinə görə ilk 10 ölkə arasındadır - 40 ölkəyə biliyə əsaslanan məhsullar ixrac edilir

Pərdis Texnologiyalar Parkının kommunikasiyalar və beynəlxalq əlaqələr üzrə Baş direktoru Əmin Rza Xaliqian IRNA-ya müsahibəsində deyib: “İran dərman istehsalının müxtəlifliyinə görə dünyanın ilk 10 ölkəsi sırasındadır və bilik əsaslı məhsullarını 40 ölkəyə ixrac edir. Bunların arasında embarqo şəraitində istehsal edə bildiyi radio və televiziya ötürücüləri də vardır.”

Hazırda Pərdis Parkında 400 texnoloji və biliyə əsaslanan şirkətin yerləşdiyini bildirən Xaliqian indiyədək bu şirkətlərin 40 ölkə ilə mal və ya texnologiya mübadiləsi apardığını deyib.
Baş direktor əlavə edib: “Parkın daha bir işi şirkətlərə birgə pavilyonlar şəklində xarici sərgilərdə iştirak etməkdə köməklik göstərməkdir. Ötən 15 ildə biz bu sahədə Rusiya, Venesuela, Yunanıstan, Zimbabve və Keniya ilə əməkdaşlıq etmişik.
Venesuela ilə min ədəd hemodializ aparatının satışına dair müqavilə bağlanıb. Bu işin tətbiqi Venesuelanın elm nazirinin 2019-cu ildə İrana səfəri və parka baxışı ilə başlayıb. Bu səfər zamanı Venesuelanın elm naziri Venesuela xəstəxana kompleksində hemodializ aparatlarına ciddi ehtiyacın olduğunu bildirdi. 2022-ci ildə Venesuelanın Prezidenti Nikolas Maduronun İrana səfər zamanı qəti təsdiqini tapdı. Buna əsasən, bu cihazın birinci hissəsi göndərilib, qalanları da göndəriləcək.”
Xaliqian MS dərmanının istehsalı haqqında da deyib: “Dünyanın 5 ölkəsi “MS” dərmanı istehsal edir və İran bu dərmanı istehsal etməklə eyni sahədə fəaliyyət göstərən 6-cı ölkədir. Bu İran dərmanları Rusiya, Venesuela, İraq və Türkiyə yə ixrac edilir. Heç bir ölkədə istehsal olunmayan salak müalicəsi dərmanı ilk dəfə Pərdis Texnologiya Parkı şirkətlərindən biri tərəfindən istehsal edilib və onun böyük hissəsi ixrac olunur.”
Pərdis Texnologiyalar Parkının kommunikasiyalar və beynəlxalq əlaqələr bölməsinin Baş direktoru müsahibəsinin davamında deyib ki, əgər sanksiyalar olmasaydı, şirkətlər, xüsusilə də səhiyyə sahəsində məhsullarını asanlıqla ixrac edə bilərdilər, çünki bu şirkətlər bu sahədə dünyanın tanınmış şirkətlərindən geri qalmır.
O qeyd edib ki, 14 il əvvəl Ekvadorun vitse-prezidenti İrana səfəri zamanı Pərdis parkını ziyarət etdi və ölkəsinə qayıtdıqdan sonra bizdən onlar üçün park yaratmağımızı xahiş etdi. Amma amerikalılar onlara mesaj vermişdilər ki, onların iranlılarla işləmək haqları yoxdur. Beləliklə, bu iş baş tutmadı.
Eyni hal Omanla da yaşandı. Onlar bizi Omana dəvət etdiyi zaman Omanın mətbuatında iranlıların Omanda elm və texnologiya parkı yaratmaq istəməsi ilə bağlı xəbərlər dərc olundu. Demək olar ki, bütün hazırlıq işləri görülmüşdü, amma amerikalılar bunun qarşısını aldılar.
Xaliqian əlavə edib: “Venesuela Prezidenti Maduro İrana səfəri və Pərdis Parkını ziyarət zamanı dedi ki, Venesuelada da belə bir park olmalıdır. 2 ay əvvəl venesuelalılar öz parklarının birinci hissəsini istifadəyə verdilər. Maduro bu parkın açılışında dedi ki, biz bu parka görə iranlılara borcluyuq və bu işdə onlardan ilham almışıq.”
Baş direktor vurğulayıb ki, hazırda bizim Özbəkistan, Qazaxıstan, Rusiya və bəzi ərəb ölkələri, hətta bir-iki Avropa ölkəsi ilə birgə əməkdaşlığımız var ki, bu modeli həmin ölkələrə tam köçürə bilək.
Xaliqian daha sonra deyib: “Təhlükəli korona xəstəliyinin başlaması ilə heç bir ölkə ventilyatorları başqa ölkəyə satmaq istəmirdi. Digər tərəfdən, ölkə ventilyator çatışmazlığı ilə üzləşdi. Yaranmış vəziyyət bu şirkətlər üçün həmin cihazı istehsal etmək məqsədilə hətta üç növbədə işləmək üçün yaxşı fürsət idi. Hazırda xəstəxanalarda istifadə edilən ventilyatorların əsas hissəsi İran istehsalıdır və Pərdis Parkında istehsal edilmişdir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .