Ötən çərşənbə günü İsveçdə rəsmi icazə və başqa sözlə, polisin yaşıl işığı ilə baş verən Quran yandırılması çirkin hadisəsindən bir neçə gün keçir. Əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə İsveç hökuməti ən şiddətli xarici təzyiqlərə məruz qalıb.
Quranın təhqir olunmasından dərhal sonra dünyanın bir çox müsəlman ölkəsi buna reaksiya verdi, İran, İraq, İordaniya, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Fars Körfəzi Əməkdaşlıq Şurası, Küveyt, Fələstin, Livan, Misir və s. bu mənfur, qeyri-insani və mənfur addımı pislədi. Hörmətsizlik edən ölkəyə qarşı ən kəskin etiraz İraqda baş verdi, qəzəbli insanlar Stokholmun Bağdaddakı səfirliyinin qarşısında İsveç bayrağını endirdilər və İsveç səfirliyinin əməkdaşları təşviş içində səfirliyi tərk etdilər.
İranda İsveçin bu təhqiramiz hərəkətinə qarşı müxtəlif reaksiyalar verildi. Etirazı bildirmək üçün İsveçin Tehranda səfiri olmadığına görə, bu ölkə səfirliyinin müvəqqəti işlər vəkili cümə axşamı İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa Baş İdarəsinə çağırıldı. Habelə Xarici İşlər Nazirliyi İslamın ən mühüm müqəddəsinin təhqir edilməsini və İsveç hökumətinin passiv davranışını pislədi, bunu “insan hüquqlarının əsas və aşkar prinsiplərindən birini, yəni dini və səmavi dəyərlərə hörmət prinsipini pozanların daha da cürətlənməsi amili” adlandırdı.
Ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə günü axşam saatlarında İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha ilə telefon danışığında İsveçdə Qurani-Kərimə qarşı son zamanlar baş verən təhqiramiz aksiya ilə bağlı müzakirə və fikir mübadiləsi apardı və təklif etdi ki, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası bu mənfur hərəkətə cavab vermək üçün mümkün qədər tez və Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən görüşü ilə eyni vaxtda keçirilsin.
Qeyd olunan rəsmi mövqelərdən əlavə, bu ölkənin Tehrandakı səfirliyi qarşısında ictimai - tələbə toplantısının şahidi olduq. İranda və digər İslam ölkələrində çoxölçülü reaksiyalar Avropanı gec də olsa, bu mənfur hərəkəti pisləməyə məcbur etdi.
“Quran_yandırmaq” İsveçin siyasi məqsədlər üçün alətidir
Quranın Türkiyə səfirliyi qarşısında yandırılması İsveç hökumətinin siyasi məqsədlərini ifşa edir. Türkiyə səfirliyi qarşısında bir ekstremist tərəfindən Quranı yandırmaq üçün icazənin verilməsi Türkiyənin NATO-da olması və digər tərəfdən Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına qarşı çıxması ilə bağlılığı var idi. Həmçinin, Ankaranın İsveçdən bu ölkədə böyük bazası və mövcudluğu olan PKK qruplaşmasının 130 üzvünün Türkiyəyə qaytarılmasını tələb etməsi məsələsi Ankara ilə Stokholm arasında problemli bir məsələyə çevrilib.
Ona görə də belə bir sual yaranır ki, polis bundan əvvəl nə üçün təhlükəsizlik riskini bəhanə edərək Quranın yandırılmasının qarşısını aldı, amma bir neçə aydan sonra Türkiyə hələ də İsveçin NATO-ya daxil olmasına razılıq vermədikdə bu təhqirə bir daha icazə verildi?!
Mənfur hərəkətə münasibətin dörd günlük gecikməsinin pərdəarxası
Qərb hökumətləri ilə yanaşı, onların media nəhəngləri də özlərini yatmışlığa vurdular. Avropa və Amerika medialarının İsveçdə Qurani-Kərimin yandırılması kimi ağrılı və təhqiramiz hadisə ilə bağlı davranışı belə oldu:
İkincisi, bu məsələ ilə bağlı dərc olunan məhdud xəbər və reportajda cinayəti törədən şəxsin iraqlı olması qəribə bir şəkildə vurğulandı, oxu Quranı yandırana tuşlamaqla bu hərəkəti səhv və kobudluq adlandırmağa səy etdilər.
İndi İsveç, Avropa və Amerika səlahiyyətliləri bu suala cavab verməlidir ki, nə üçün Quranı yandırmaq, 1 milyard 800 milyon insanın inancını təhqir etmək söz azadlığı sayılır, amma Holokost-dan danışmaq bağışlanmaz cinayət adlanır və ağır cəzaya səbəb olur?
Sizin rəyiniz