3 iyul 2023 at 18:00
Jurnalist kodu: 5290
Xəbər kodu: 85158924
T T
0 Persons

Tags

Hizbullah rəsmisi: Torpağımızın hər qarışını azad edəcəyik - İsrail-in təhdidləri puçdur

Tehran – İRNA - Livan parlamentindəki Hizbullah fraksiyasının sədr köməkçisi deyib: “Torpaqlarımızın az bir hissəsini də azad etməyə laqeyd yanaşmırıq və var gücümüzlə çalışacağıq ki, torpaqlarımızın son hissəsini də azad edək.”

İRNA-nın bazar ertəsi verdiyi xəbərə görə, Livan parlamentindəki Hizbullah fraksiyasının sədr müavini Hüseyn Caşi Rusiyanın Sputnik xəbər agentliyinə müsahibəsində deyib: “Sionist rejim ordusu və BMT qüvvələri (Livan və işğal olunmuş Fələstinin cənub sərhədində yerləşən BMT-nin sülhməramlı qüvvələri) Livan Hizbullahının son vaxtlarda qurduğu çadırların ölkə ərazisi daxilində olduğunu bilirlər.


Qurulmuş bu iki çadır sərhədə yaxındır və Fələstin torpağına baxır, bu da israilliləri təhrikə və narahat etməyə başlayıb. Bu, onların problemidir. Çünki onun (Təl-Əviv) narahat olması və ya qıcıqlanması bizim üçün problem deyil.”


Livan parlamentindəki Hizbullah fraksiyasının deputatı əlavə edib: “Müqavimətin yaratdığı çəkindirmə balansı nəticəsində sionist rejim yalnız livanlıları qorxutmağa və təhdid etməyə cəhd edir. Onlar hər hansı bir hücumun Livanı daş dövrünə qaytaracağı ilə hədələyirlər. Biz bu bəyanatlara öyrəşmişik və bu sözlər bizim dincliyimizi və yuxumuzu pozmur.”


Hizbullah səlahiyyətlisi çadırların sökülməsi ilə bağlı vasitəçiliyə gəlincə, deyib: “BMT sülhməramlıları bizə mesaj göndərdilər. Cavab verdik ki, biz Livandayıq və bu bizim haqqımızdır, bu bizim torpağımız, suverenliyimiz və ölkəmizdir.”


“Bizim mesajımız günəş kimi aydındır və bütün gücümüzlə torpağımızı azad edəcəyik”, deyə bildirən millət vəkili vurğulayıb: “Ərazilərimizi son qarışına qədər azad edəcəyik, torpağımızdan bir zərrəsindən belə əl çəkməyəcəyik. Bütün beynəlxalq və dövlət qurumların etirafına əsasən, livanlıların və suriyalıların Şoba və Kəfər Şoba əraziləri vardır ki, hələ də işğaldadır və azad olunmayıb.”


Caşi qeyd edib ki, biz müharibə istəmirik və onun tərəfdarı deyilik, amma bütün yollardan istifadə edib torpaqlarımızı azad edəcəyik.


Millət vəkili müsahibəsinin davamında deyib: “Livan müqaviməti 1982-ci ildə başladı və 1985-ci ildə işğal altında olan ərazilərimizin ilk böyük hissəsi azad edildi. 2000-ci ildə ikinci hissə azad edildi. Bizim üçün Şoba və Kəfər Şoba kəndlərinin azad edilməsi hələ də qalıb. Biz onları azad etməyə təlaş göstəririk. Ölkəmizi qoruyacaq hər bir vasitə ilə onları azad etmək fürsətini əldən verməyəcəyik. Bu işdə tərəddüd etməyəcəyik və geri çəkilməyəcəyik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .