3 iyul 2023 at 18:09
Jurnalist kodu: 5290
Xəbər kodu: 85158931
T T
0 Persons

Tags

Prezident ŞƏT liderlər sammitində əsas üzv kimi çıxış edəcək

Tehran – İRNA – Prezident Şanxay Əməkdaşlıq Təşkilatının əsas üzvlərindən biri kimi və İran İslam Respublikası adından bu təşkilatın videokonfrans şəklində Yeni Dehlidə keçiriləcək 23-cü sammitində çıxış edəcək.

İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikasını təmsil edən Ayətullah Seyid İbrahim Rəisi ilk dəfə Şanxay Əməkdaşlıq Təşkilatının əsas üzvü kimi bu təşkilat rəhbərlərinin çərşənbə axşamı (4 iyul) günü səhər saatlarında Hindistanın Yeni Dehli şəhərində keçiriləcək iyirmi üçüncü iclasında videokonfrans formatında çıxış edəcək və ölkəmizin fikir və mövqelərini izah edəcək.


Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük prosesinin başa çatması ilə təşkilatın virtual olaraq keçiriləcək və Hindistanın ev sahibliyi edəcəyi 23-cü zirvə toplantısının əsas protokollarından biri də İran İslam Respublikasının ŞƏT-in rəsmi üzvü olmasının elan edilməsi olacaq.


13-cü hökumətin qonşu və region ölkələrilə əlaqələrin genişləndirilməsini prioritet hesab edən xarici əlaqələr sahəsində elan etdiyi siyasəti nəzərə alaraq, regional növlü ŞƏT-ə üzv olmaq ölkəmizə üzv ölkələrlə əlaqələrin inkişaf etdirilməsi sahəsində bir çox imkanlar verəcəkdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .