4 iyul 2023 at 23:47
Jurnalist kodu: 5290
Xəbər kodu: 85160282
T T
0 Persons

Tags

General-mayor Musəvi: Ordunun Quru Qoşunları müasir texnologiyalarla təchiz olunub

Tehran – İRNA - İran İslam Respublikası Ordusunun Baş Komandanı deyib: “Bugün biz müasir texnologiya ilə təchiz edilmiş, təcrübəli komandirlərə və verilən tapşırıqları yerinə yetirmək bacarığına malik yeni, dinamik və dəridən-qabıqdan ibarət quru qoşunlarının şahidiyik.”

İRNA-nın müdafiə sahəsi müxbirinin verdiyi məlumata görə, general-mayor Seyid Əbdürrəhim Musəvi “ Ordunu Quru Qüvvələrinin Əsas Hissələri Komandirlərinin Milli Konfransı”nda bu konfransın keçirilməsinin məqsədlərinə toxunaraq deyib: “Uğurlu fəaliyyətlərin və güclü tərəflərin statistikasının araşdırılması, bəzi çatışmazlıqlar, uğurların qərargahdan rəhbərlərə yayılması və ümumiləşdirilməsi yolları bu konfransın məqsədlərindən sayılır.”


Musəvi əlavə edib: “Bugün biz təyin olunmuş tapşırıqları yerinə yetirmək üçün təcrübəli və bilikli komandirlərdən ibarət və müasir texnologiya ilə təchiz edilmiş yeni, dinamik və sınaqlardan çıxmış quru qoşunlarının şahidiyik.”


General cəmiyyətdə ümidsizlik yaratmağı düşmənlərin ən mühüm taktikalarından biri hesab edərək deyib ki, transformasiyanın yaradılması və müsbət ruhun təşviq edilməsi məhsuldarlığın artırılmasında və düşmənlərin planlarının zərərsizləşdirilməsində mühüm rol oynayır. Odur ki, həmişə uğurları izah etməklə və ümid verməklə düşmənlərin məyusluğa və acizliyə sövq etməkdəki hiyləsini zərərsizləşdirmək lazımdır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .