İRNA-nın bu gün (çərşənbə axşamı) verdiyi məlumata əsasən, “ Cenin düşərgəsi” 1953-cü ildə Cenin şəhərinin cənub-qərbində yaradılmışdır. Bu düşərgədə 1948-ci ildə sionist rejimin işğalı zamanı Hayfanın Kərmel bölgələrindən və onun dağları ətrafındakı yaşayış məntəqələrindən zorla çıxarılan fələstinli qaçqınlar məskunlaşıb.
Cenin şəhəri İordan çayının qərb sahilinin şimalında və Qüdsdən 75 km şimalda yerləşir, İordan Vadisinə baxan şərq bölgəsində, Nablus dağlarının şimalında və Mərc Bəni Amerə baxan hissədə yerləşir.
Cenin düşərgəsinin sakinləri öz əsas kəndlərinə yaxın olduğuna görə hələ də 1948-ci ildə işğal olunmuş ərazilərdəki qohumları ilə möhkəm əlaqələrə malikdir. Hazırda bu düşərgənin sakinlərinin sayı 14 min qaçqına çatır və onlar əsasən müxtəlif kənd təsərrüfatı, ticarət və dövlət sektorlarında çalışırlar. Bu düşərgə də Fələstinin digər əraziləri kimi 1987 və 2000-ci illərdə birinci və ikinci intifadalarda müxtəlif hadisələrin şahidi olub. Ən mühüm hadisə 2002-ci ilin aprelində sionist qüvvələrin düşərgəni mühasirəyə alması idi. Həmin vaxt Fələstin Muxtar Hökumətinin mərhum rəhbəri Yasir Ərəfat onu “Ceninqrad” adlandırdı. Bu adla Rusiyanın Stalinqrad şəhərinin mühasirəyə alınması və İkinci Dünya Müharibəsi zamanı almanlara qarşı müqaviməti nəzərdə tutulur.
Həmin vaxt Cenin düşərgəsində qarşıdurmalar 10 gün davam etdi və BMT-nin məlumatına görə, sionist rejim yardım və tibbi qüvvələrin bu düşərgəyə daxil olmasına icazə vermədi.
BMT-nin hesabatına əsasən, o zaman sionistlərin Ceninə təcavüzü, yarısı mülki vətəndaş olan 52 fələstinlinin şəhid olmasına səbəb olub. Həmin toqquşma zamanı 23 sionist əsgər də həlak olub və bir neçəsi yaralanıb.
Həmin qarşıdurmada fələstinlilərə aid təxminən 150 bina dağıdılıb, 435 ailə evsiz qalıb. 2021-ci ildə yeni silahlı müqavimət qruplaşmasının yaradılması ilə Cenin düşərgəsi yenidən işğalçı sionistlərə qarşı döyüş meydanına qayıtdı. Bu silahlı qruplaşmanın adı Genin Briqadasıdır və İslami Cihad, HƏMAS və Fəth hərəkatının qüvvələrindən ibarətdir. Bu Briqadanın bəzi üzvlərinin heç bir siyasi partiyaya, təşkilata bağlılığı yoxdur.
Bu Briqadanın üzvlərinin dəqiq sayı məlum deyil və onlarla nəfər yalnız hərbi təlimlərdə və şəhidlərin dəfn mərasimlərində görünür.
Cenin batalyonunun qüvvələri sionistlərlə qarşıdurmada tez-tez yerli istehsal olan bombalardan istifadə edirlər.
Cenin batalyonunun üzvləri təkcə Cenin düşərgəsinin sakinləri ilə məhdudlaşmır, sionist ünsürlərlə davam edən toqquşmalarda Cenin şəhəri və ətraf kəndlərdən olan qüvvələr də onlara qoşulur.
Sionist rejimin 2022-ci ilin aprelində həyata keçirdiyi “Dalğaları qıran” əməliyyatının əsas məqsədlərindən biri də Cenin düşərgəsində müqavimət qüvvələri ilə qarşıdurma olub. O zaman sionist rejim elan etdi ki, bizim məqsədimiz Fələstinin silahlı əməliyyatlarına qarşı çıxmaq və belə bir mövzu planlaşdıran insanları həbs etməkdir.
Cenin ötən il mayın 11-də də işğalçı sionistlərin cinayətinin şahidi oldu. Bu tarixdə “Əl-Cəzirə” şəbəkəsinin tanınmış jurnalisti “ Şirin Əbu Aqilə” sionistlərin Ceninə hücumu zamanı sionist əsgərin birbaşa atəş açması nəticəsində şəhid oldu. Sionist rejim bu cinayətə görə məsuliyyəti üzərinə götürmədi. Amma müxtəlif xəbərlər, hətta Qərb və Ərəb ölkələrindən gələn məlumatlar sübut etdi ki, sionist snayper onu hədəfə alıb.
Sizin rəyiniz