5 iyul 2023 at 16:57
Jurnalist kodu: 5290
Xəbər kodu: 85161228
T T
0 Persons

Tags

Britaniya parlamentinin keçmiş üzvü: Fransa böhranı vətəndaş müharibəsinə səbəb ola bilər

London – İRNA - Britaniya parlamentinin keçmiş üzvü Fransadakı son iğtişaşları 1968-ci ildə Şarl de Qoll hökumətinin devrilməsindən sonra potensial olaraq vətəndaş müharibəsinə səbəb ola biləcək ən pis siyasi böhran kimi qiymətləndirib.

Chris Uilyamson çərşənbə axşamı Londonda IRNA müxbiri ilə eksklüziv müsahibəsində deyib: “Aydındır ki, mən hesabatlara baxıram və birinci əldən təcrübəyə malik olmaqdansa, başqalarının təsvir etdiklərinə əsaslanaraq qərarlar verirəm. Bununla belə, mənim fikrimcə, Fransa 1968-ci ildən bəri demək olar ki, Şarl de Qoll hökumətini devirən ən pis böhranı ilə üzləşib.”


Parlamentin keçmiş üzvü əlavə edib: “Aydındır ki, Emmanuel Makron hökumətindən və onun bir neçə il əvvəl sarı jiletlilər hərəkatının yüksəlişini müşahidə edən neoliberal islahatlarından narazılıq artır. Bu məsələ Fransa polisi tərəfindən zorakılıq və irqi ayrı-seçkiliyin danılmaz sübutları ilə yanaşı, mövcud vəziyyətə gətirib çıxardı.”


İngilis siyasətçi Fransadakı iğtişaşların nəticələri və sonu haqqında da deyib: “Bunu proqnozlaşdırmaq çətindir, lakin Makronun mövqeyi getdikcə daha təhlükəli görünür. Fikrimcə, əgər o, həyata keçirdiyi neoliberal islahatlardan əl çəkməsə və polisin əsaslı yenidən qurulmasını elan etməsə, Fransa potensial vətəndaş müharibəsi ilə üzləşə bilər.”


Uilyamson Fransadakı iğtişaşların digər Avropa ölkələrinə də sirayət etmə ehtimalından danışaraq insanların Avropa hökumətlərindən narazılığının artdığını, iqtisadi və sosial ədalətsizliklərdən narazılığın dərinləşdiyini bildirib.


Keçmiş deputat vurğulayıb: “Siyasi elita reallıqla əlaqəni itirib və getdikcə ABŞ-ın təsiri altına düşüb. Mən bu fikrimdə o qədər irəli gedib deyə bilərəm ki, Avropa hökumətləri Amerika dövlətləri kimi bir şeyə çevriliblər.”


Onun sözlərinə görə, NATO-nun Ukraynada Rusiyaya qarşı proksi müharibəsinə qeyd-şərtsiz dəstək vermələri buna sübutdur, hansı ki, bu dəstək daha geniş yayılmış yanğına çevrilərək bütün Avropanı əhatə edə bilər. Avropa ölkələri ABŞ-ın göstərişi ilə Rusiyaya qarşı səmərəsiz sanksiyalar tətbiq ediblər. Odur ki, digər ölkələrdə, o cümlədən Böyük Britaniyada da oxşar iğtişaşların baş verməsi mümkündür və vəziyyətin mürəkkəbləşməsi üçün sadəcə uyğun qığılcım lazımdır.


İRNA-nın məlumatına görə, Fransa bu günlərdə keşməkeşli bir dövr yaşayır, halbuki onun liderləri bir neçə ay əvvəl İranın inqilab əleyhdarı olan ünsürlərlə ilə görüşür, İranın daxili işlərinə müdaxiləçi açıqlamalar verir, İranda iğtişaşlar yaratmaq məqsədilə siyasi versiyalar hazırlayırdılar.


Uilyamson Fransadakı hadisələrlə İranda ötən payızda baş verən iğtişaşları müqayisə edərək deyib: “Fransada baş verənlərlə İrandakı iğtişaşlar arasında heç bir oxşarlıq görmürəm.


Fransada iğtişaşlar hakimiyyətin, xüsusən də polisin illərdir irqçi şəkildə səlahiyyətlərindən sui-istifadə etməsindən sonra kütlələrin arasından çıxıb. Təbii ki, bu etirazlar təkcə polislə məhdudlaşmır, çünki mənzil, məşğulluq kimi digər sahələrdə ayrı-seçkilikdən güclü narazılıq var. Bütün Fransada geniş iğtişaşlara səbəb olan da budur. Halbuki, İrandakı iğtişaşlar əsasən ABŞ hərbi və kəşfiyyat xidmətlərinin nəzarəti altında Albaniyada yerləşən xalq mücahidləri təşkilatı kimi xaricdən gələn rejim dəyişikliyi tərəfdarları tərəfindən idarə olunurdu.”

Sizin rəyiniz

You are replying to: .