Azərbaycan Respublikası İranın tarixi nəqliyyat yollarını bağlamaq niyyətində olmadığına əminlik verdi

Bakı – İRNA - Xarici işlər naziri Əliyevlə regionda nəqliyyat marşrutlarında yaranan maneələrin aradan qaldırılması ilə bağlı danışmasını bildirərək deyib: “Cənab Əliyev Azərbaycan Respublikasının İranın tarixi nəqliyyat marşrutlarını bağlamağa çalışmayıb və çalışmayacağını vurğuladı.”

İRNA-nın ezam edilmiş müxbirinin verdiyi məlumata görə, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Hüseyn Əmir Abdullahian jurnalistlərə verdiyi açıqlamada cənab İlham Əliyev və Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə görüşlərinin baş tutduğunu deyib.


Xarici işlər naziri əlavə edib: “Biz Azərbaycan Respublikasının təhlükəsizliyini həm regionun, həm də öz təhlükəsizliyimiz hesab edirik. Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş vermiş, bizi təəccübləndirən və kədərləndirən hadisə ilə bağlı mənim cənab Prezidentlə söhbətim oldu. İran İslam Respublikası məhkəmə sisteminin mətbuat katibinin elan etdiyi kimi, İran silahlı əməliyyatla bağlı istintaq işini başa çatdırıb. Biz bu işin təhqiqatının Azərbaycan Respublikası tərəfində tez başa çatdırılması ilə bağlı dost və qardaş Azərbaycan Respublikasının hökumət rəsmilərinin fikri ilə razıyıq.”


Doktor Əmir Abdullahian bu hadisəyə görə hər hansı formada məsuliyyət daşıyanlara qarşı ciddi tədbirlər görüləcəyini vurğulayaraq deyib: “Hücum edəni və bu cinayət əməlində əli olan hər kəsi ağır hökm və ağır cəza gözləyir.”


Xarici işlər naziri daha sonra deyib: “Biz İran İslam Respublikası ərazisindən keçən tarixi marşrut və dəmir yolu dəhlizinin tez bir zamanda aktivləşdirilməsi haqda cənab Prezident və Azərbaycan Respublikasının hökumət rəsmiləri ilə eyni fikirdəyik.”


Əmir Abdullahian deyib: “ Araz dəmir yolu dəhlizi razılaşdırılmış dəhlizdir və yaxın vaxtlarda Ayətullah Rəisinin göstərişi ilə işə salınacaq və ümid edirik ki, ən çox bir il ərzində fəaliyyətə başlayacaq. Bu dəhliz Azərbaycanın Naxçıvanla birləşdirilməsində əsas rol oynayacaq.”


O əlavə edib: “Bölgədəki nəqliyyat marşrutlarında yaranan maneələrin aradan qaldırılması ilə bağlı müzakirələr apardıq. İlham Əliyev vurğuladı ki, nəqliyyat marşrutlarının açılmasının İran və Ermənistan arasında tarixi nəqliyyat yollarının bağlanmasına gətirib çıxaracağı fikri düzgün olmayan təhlil və qiymətləndirmədir. Əliyev təkid etdi ki, Azərbaycan Respublikası İranın tarixi nəqliyyat marşrutlarını bağlamağa çalışmayıb və çalışmayacaq.”


Əmir Abdullahian sonda deyib: “Azərbaycan Respublikası və İran xalqları bir-biri ilə ən çox ortaq cəhətləri olan xalqlardır. Anlaşılmazlıqlardan uzaq olmalı, iki ölkənin əhalisi arasında gediş-gəliş və iki ölkə arasında məhdudiyyətsiz hərtərəfli əməkdaşlıq ən yaxşı şəkildə olmalıdır. Biz Cənubi Qafqaz regionunda mübahisələrin yalnız sülh yolu ilə həll oluna biləcəyinə inanırıq. Azərbaycan Respublikasının hökumətinə və xeyirxah xalqına uğurlar arzulayırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .