6 iyul 2023 at 19:54
Jurnalist kodu: 5290
Xəbər kodu: 85162207
T T
0 Persons

Tags

Əl-Qəssam Batalyonları: İşğalçıları daha ağır günlər gözləyir

İRNA – Tehran – HƏMAS-ın hərbi qanadının Şəhid İzzəddin Əl-Qəssam Batalyonları Fələstin müqavimət hərəkatının və İordan çayının qərb sahilindəki Cenin şəhərinin sakinlərinin sionist düşmənə qarşı rəşadətli qələbəsini təbrik edib, Ceninin yenilməz olduğunu, hər dəfə meydana əvvəlkindən daha güclü dönəcəyini, işğalçıları çox daha çətin günlərin gözlədiyini vurğulayıb.

İRNA-nın bu gün (cümə axşamı) Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, İzzəddin əl Qəssam Batalyonları bəyanat yayaraq vurğulayıb ki, Cenin və İordan Vadisinin digər şəhərləri sionist düşmənə ağır və ağrılı zərbələr endirmək üçün əvvəlkindən daha güclü bir mərkəzə çevriləcək.


Əl-Qəssam bildirib ki, Cenindən qaçmağa məcbur olan işğalçı rejim məğlubiyyət və rüsvayçılıqdan başqa heç nəyə nail olmadı və zamanın keçməsi bu rejim rəhbərlərinin öz hesablamalarında tamamilə yanıldıqlarını sübut edəcək.


Bəyanatda Cenin düşərgəsindəki müqavimət döyüşçülərinin sağ-salamat olduğu və Cenin döyüşünün müqavimətin daha güclü hərəkatı üçün platforma olacağı qeyd olunub.


Əl-Qəssam vurğulayıb ki, Cenin düşərgəsi və cəsarətli müqavimət göstərənlər işğalçı düşmənə ağır və unudulmaz dərs verdilər, gələcəkdə bu rejimi daha çətin və ağrılı zərbələr gözləyir, düşmənə qarşı işlərimiz hələ bitməyib, işğalçılara Məscidül-Əqsa, İordan çayının qərb sahili və fələstinli məhbuslara qarşı etdikləri axmaqlıqlarına görə peşmançılıq hissi yaşadacağıq.


Sionist rejim qüvvələri bazar ertəsi səhər saatlarından etibarən Cenin şəhəri və düşərgəsinə qurudan və havadan hücum edib və bombaladılar. Nəticədə 13 fələstinli şəhid oldu, 117 nəfər isə yaralandı.


Sionist rejimin bu vəhşi hücumu İslam və ərəb ölkələri və qurumlarının sərt reaksiyası ilə üzləşdi. Bu ölkələr aparteid rejiminin cinayətlərini beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirdilər və beynəlxalq ictimaiyyətin bununla məşğul olmasının vacibliyini vurğuladılar.


Çərşənbə günü səhər saatlarında sionist rejim ordusu fələstinli döyüşçülərin şiddətli müqaviməti səbəbindən Cenin düşərgəsindən geri çəkilməyə məcbur oldu.

0 Persons

Sizin rəyiniz

You are replying to: .