8 iyul 2023 at 20:20
Jurnalist kodu: 5290
Xəbər kodu: 85163793
T T
0 Persons

Tags

İranın oturaq voleybol üzrə komandası Asiya çempionu oldu

8 iyul 2023 at 20:20
Xəbər kodu: 85163793
İranın oturaq voleybol üzrə komandası Asiya çempionu oldu

Tehran - İRNA - Hadi Rezayinin yetirmələri köhnə qitənin oturaq voleybol çempionatında qalib gəliblər.

İRNA-nın məlumatına görə, İranın oturaq voleybol üzrə komandası evsahibi olan Qazaxıstanı 3:0 hesabı ilə məğlub edərək köhnə qitənin çempionluğunu qazanıb. Bu görüşdə İran komandası Qazaxıstana 25-21, 25-14 və 25-17 hesabı ilə qalib gəlib.


Hadi Rezayinin yetirmələri bu turnirdə beş oyun keçirib və bütün yarışları 3:0 hesabı ilə başa vurub.


Turnirin bu turunun çempion komandası 2024-cü il Paris Paralimpiya Oyunları üçün kvotanı əldə edəcək. Ötən il İran komandası Bosniyada keçirilən dünya çempionatında kvota qazanmışdı. Buna görə də Asiya çempionatının ikincisi yerinin qazanan Qazaxıstan yığması Parisə vəsiqə əldə edib.


Bu uğura gedən yolda Hadi Rezayinin yetirmələri Hindistan, Cənubi Koreya, Çin və İraq komandalarını 3-0 hesabı ilə məğlub ediblər.
Köhnə qitə çempionatının titulunu qazanan Hadi Rezayinin yetirmələri bu turnirə gənc və təcrübəli komanda ilə yollanmışdı.


Bir saat əvvəl oturaq voleybol üzrə qadınlardan ibarət yığma Çinə məğlub olaraq bu turnirin ikinci yeri ilə kifayətlənib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .