11 iyul 2023 at 15:34
Jurnalist kodu: 5487
Xəbər kodu: 85166782
T T
0 Persons

Tags

Qurani-kərimi yandıranla sionist rejimin casus təşkilatı arasındakı əlaqə aşkar edilib

Tehran – İRNA – Kəşfiyyat Nazirliyi Qurani-Kərimə hörmətsizlik edən Salvan Momika ilə sionist rejimin casus təşkilatı arasındakı əlaqənin təfərrüatları haqda açıqlama yayıb. Açıqlamada bildirilir:“ Quranə qarşı mənfur hörmətsizlik şousu məhz hakim media dalğası yaratmaq və sionist rejimin İordan çayının qərb sahilindəki dəhşətli və geniş cinayətləri, xüsusən də məzlum və başıuca Cenindəki xəbərləri marjinallaşdırmaq məqsədi ilə hazırlanmış və həyata keçirilmişdir.”

İRNA-nın məlumatına görə, Kəşfiyyat Nazirliyi bazar ertəsi günü İranın nəcib xalqına və dünyanın bütün inanclı və azadlıqsevər xalqlarına ünvanladığı elanda bildirib:
İlahi dinlərin istənilən şəraitdə və hər hansı ünsür tərəfindən təhqir edilməsi küfr və qınanılan bir hərəkət olsa da, bəzi hörmətsizliklər konkret məqsədlər, icra müddəti və pərdəarxası ünsürlərin kimliyi baxımından tamamilə fərqli xüsusiyyətlərə malikdir. Belə hallarda pərdə arxasındakını üzə çıxarmaq mənfur əməlin səbəbini anlamağa və onun içindəki daha qeyri-insani niyyətləri zərərsizləşdirməyə kömək edir.

Son günlərdə İsveçdə bu ölkə polisinin həvəsləndirici dəstəyi ilə baş vermiş Qurani-kərimə hörmətsizlik cinayətinin əvvəlki oxşar hadisələrdən daha böyük ölçüləri var idi.

Bu səbəbdən İmam Zamanın (əc) məxfi əsgərləri həmin mənfur əməlin aspektləri ilə bağlı məlumatları təhlil edərək, pərdə arxasındakı ünsürləri müəyyən etməyə çalışdılar. Mərkəzlərdən həmin fitnə ilə bağlı məlumatların məqsədyönlü şəkildə toplanması və ilkin tapıntıların mövcud informasiya ehtiyatları ilə uyğunlaşdırılması fitnəçilik və nifrət yaymanın mənşəyinə dair ilk ipuclarını üzə çıxardı.

Açıqlamanın davamında vurğulanır: “Əldə edilən etibarlı məlumatlara əsasən, Qurani-Kərimə hörmətsizlik edən Salvan Momika 1986-cı ildə İraqda anadan olub və 2019-cu ildə sionist rejimin casusluq xidmətində işə götürülüb. İraqda yaşadığı müddətdə bədnamlığı ilə məşhur olan bu şəxs, həmin bədnamlığı və pis keçmişini sionistlərin arzuladığı fəaliyyət kitabçası kimi təqdim edir və onlar tərəfindən qəbul edilir və müsbət qarşılanır. Adı çəkilən şəxs bundan sonra müqavimət hərəkatına qarşı casusluqda və İraqın parçalanması layihəsinin irəliləməsində böyük rol oynayır. Əziz İraq xalqına və sevimli İslam ümmətinə etdiyi xəyanətlərin muzdu olaraq sionistlərdən İsveçdə iqamətgah tələb edir və bunu alır. İsveçə köçdükdən sonra, o, yeni şəraitinə və bacarığına uyğun gələn missiyalar şəklində qəsbkar rejim üçün muzdurluğunu davam etdirir. Onlardan biri də, son həftələrdə sionist rejimin 1967-ci ilin işğal olunmuş ərazilərində və İordan çayının qərb sahilində xalqın qanuni müqavimətini yatırmaq planı ilə eyni zamanda, bu xain ünsür qara və küfr bir layihəni icra edir.”

Kəşfiyyat Nazirliyinin açıqlamasının davamında bildirilir: “Qurani-kərimə qarşı mənfur hörmətsizlik şousu məhz hakim media dalğası yaratmaq və sionist rejimin İordan çayının qərb sahilindəki dəhşətli və geniş cinayətləri, xüsusən də məzlum və başıuca Cenindəki xəbərləri marjinallaşdırmaq məqsədi ilə hazırlanmış və həyata keçirilmişdir. Bu, sionistlərin adi prosedurdur ki, hər bir qətliam və məhvetmə layihəsi ilə yanaşı, diqqəti o şər əməliyyatdan yayındırmaq üçün daha bir cinayət layihəsi həyata keçirirlər.”

Sizin rəyiniz

You are replying to: .