11 iyul 2023 at 17:57
Jurnalist kodu: 5487
Xəbər kodu: 85166927
T T
0 Persons

Tags

İran diaqnostik və müalicəvi radiofarmasevtik preparatların istehsalında regionda birinci yerdədir

Tehran - İRNA - İranın Atom Enerjisi Təşkilatının Strateji Planlaşdırma və Nəzarət üzrə direktor müavini İranın radiofarmasevtika istehsalı sahəsində birinci yerdə dayanması haqda deyib: “Diaqnostik və müalicəvi radiofarmasevtik vasitələrin istehsalı sahəsində biz regionda unikal mövqeyə nail ola bilmişik.”

İRNA-nın xarici siyasət bölməsinin verdiyi məlumata görə, Məhəmməd Qənnadi radioya açıqlamasında deyib: “ Radiofarmasevtika istehsalında biz regionda çox təsiredici mövqe əldə edə bilmişik. Hazırda müalicəvi radiofarmasevtik preparatların istehsalına görə regionda birinci yerdəyik. Biz diaqnostik və müalicəvi radiofarmasevtiklərin ixracı sahəsində yaxşı yer tuturuq.”

M. Qənnadi əlavə edib: “Böyük dövlətlər tərəfindən eyni zamanda qlobal səviyyədə istehsal olunan radiofarmasevtiklərin istehsalı üçün araşdırmalar aparırıq. Bu nöqteyi-nəzərdən İranın Atom Enerjisi Təşkilatında tibb mərkəzləri və qabaqcıl ölkələrlə eyni səviyyədə müalicəvi radiofarmasevtik preparatların istehsalı istiqamətində işlər aparılır. Təbii ki, onların çox qısa müddətdə istehsal olunacağına ümid edirik.”

Qənnadi qeyd edib ki, xərçəngin artan tendensiyası və ürək xəstəliklərindən əziyyət çəkən insanların sayının artdığını nəzərə alaraq, nüvə texnologiyasından istifadə diqqət mərkəzində olmalıdır. Diaqnostik radiofarmasötiklər beyin qanaması, müxtəlif xərçənglər, osteoporoz və ürək xəstəlikləri kimi bir çox xəstəliklərin müəyyən edilməsində istifadə olunur və effektivdir. Belə ki, hər il ən azı bir milyon iranlı xəstə texnetium-99 kimi diaqnostik radiofarmasevtiklərdən istifadə edir.

Radiokimya professoru əlavə edib ki, xoşbəxtlikdən, böyük səy və gərgin əmək nəticəsində qalxanabənzər vəzi xərçənginin müalicəsi üçün radioterapevtik yod 131 istehsal etməyə nail olmuşuq.

Digər müalicəvi radiofarmasevtik vasitələrin istehsalına toxunan professor deyib: “Radiofarmasevtik vasitələrin istehsalının genişləndirilməsi prosesində xəstəliyin son mərhələsində olan xərçəng xəstələrinin sümük ağrılarını azaltmaq üçün digər radiofarmasevtik vasitələrin istehsalına nail olmuşuq.”

Atom Enerjisi Təşkilatının Strateji Planlaşdırma və Nəzarət üzrə direktor müavini daha sonra deyib: “Diaqnostik və müalicəvi radiofarmasevtiklər Tehranın iki tədqiqat reaktor mərkəzində, habelə Kərəc Sürətləndirici Mərkəzində istehsal olunur. Diaqnostik radiofarmasevtik vasitələrin istehsalı və istehlakı prosesinin ilkin mərhələləri əvvəlcə Xəndab ağır su kompleksində, sonra Tehran və Kərəc mərkəzlərində və nəhayət xəstəxanalarda həyata keçirilir.

Nüvə Elmləri və Texnikaları Tədqiqat İnstitutunun professoru bildirib ki, radiofarmasevtiklərin istifadə sahələrindən biri qanaxma və ya beyin şişi kimi beyin problemlərini diaqnoz etməkdir. Bu üsulda PET cihazında 3D görüntüləmə aparmaq üçün FDG (Fluorodeoxyglucose) radiofarmasötikindən istifadə edilir və daha dəqiq və aydın görüntüləmə mümkündür. Bu radioaktiv dərman (hansı ki, İranın Atom Enerjisi Təşkilatında istehsal olunur) xəstə onu qəbul etdikdən sonra beyni daha dəqiq təsvir etməyə imkan verir. Çünki şəkərin əsas yeri insan beynindədir və bu radiofarmasevtik maddə beyinə yerləşdirildikdən sonra müsbət beta hissəcikləri yayan və ondan milyardlarla qamma şüalarının yayılmasına səbəb olan F18 adlı radioizotopa əlavə edilir və nəhayət görüntüləmə aparılır. Bu proses ümumiyyətlə diaqnostik radiofarmasevtiklərin təsir mexanizmidir.

Qənnadi vurğulayıb: “Xoşbəxtlikdən ölkəmizdə PET-Skan cihazlar vardır ki, bu cihazlardan İranın Atom Enerjisi Təşkilatında istehsal olunan radiofarmasevtik vasitələrdən istifadə edərək xəstəliklərin diaqnozu qoyulur.”

Professor deyib: “Qlobal miqyasda 20 milyon insan xəstəliklərinə diaqnoz qoymaq üçün bu radiofarmasevtikadan istifadə edir. İranda texnetium-99 250 nüvə tibb mərkəzində bir milyon xəstə tərəfindən istifadə olunur. Bu dərman bu xəstəliklərin 85%ni aşkar edə bilir.”Onun sözlərinə görə, 2040-cı ilin üfüqündə təşkilatın əhatəli strateji sənədinə əsasən, 10 min meqavat nüvə enerjisi istehsalı proqnozlaşdırılıb.

İranın Atom Enerjisi Təşkilatının direktor müavini deyib: “ Radioizotopların istehsalı sənaye üçün çox vacibdir, çünki ölkə sənayesi radioizotoplardan istifadə etdikdə dinamik olur və nüvə texnologiyasından ən yaxşı şəkildə faydalana bilir. Təbii ki, radioizotoplar polad, neft-kimya, neft emalı zavodları kimi böyük sənayelərdə və hətta kağız istehsalı kimi kiçik sənaye sahələrində istifadə oluna bilər.”

O, kənd təsərrüfatında nüvə texnologiyasından istifadənin zəruriliyinə toxunaraq belə izah edib: “Hazırda dünyada 700 milyon insan qida çatışmazlığından əziyyət çəkir. Ölkəmizdə kənd təsərrüfatı məhsullarının və ərzaq məhsullarının 30% israf olunur. Buraya 30 milyon insanın istifadə etdiyi qida daxildir. Nüvə texnologiyasından istifadə etməklə bu nəhəng miqdarda kənd təsərrüfatı məhsullarını və ərzaqları qorumaq və 30 milyon insanın ərzaq ehtiyacını təmin etmək olar.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .