14 iyul 2023 at 23:20
Jurnalist kodu: 5487
Xəbər kodu: 85169779
T T
0 Persons

Tags

İtaliya parlamentini münafiqlərlə dostluğuna görə peşman edəcəyik

Tehran – İRNA - İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini İtaliya parlamentinin Xalq Mücahidləri (münafiqlər) terror təşkilatı ilə dostluğuna ölkəmizin cavabının peşmanedici olacağını vurğulayaraq deyib: “#Rəcəvi firqəsinin terrorçuları tanınmış şəxslərdən istifadə edərək özlərini dirçəltməyə çalışırlar.”

İRNA-nın parlament müxbirinə açıqlamasında İbrahim Əzizi İtaliyanın bəzi deputatların müfaqlər terror təşkilatının üzvlərindən bəzilərini dəvət etməsi və onlarla bu ölkədə görüş keçirməsi barədə deyib: “Albaniyada münafiqlər qrupunun başına gələn hadisədən və polisin bu terror qruplaşmasına qarşı davranışından sonra Albaniyada münafiqlərin abrı getdi, bir çox ölkələrdə və beynəlxalq təşkilatlardakı azacıq mövqelərini də itirdilər.

Belə bir vəziyyətdə münafiq terrorçular İslam hökumətinə düşmən olan ictimai və siyasi arenedan uzaqlaşdırılmış ünsürlərin ardınca gedir və onları özləri ilə həmrəy etməyə cəhd göstərirlər, beləliklə, kimliyi olmayan cərəyanların köməyi ilə özlərini dirçəltmək istəyirlər.”

Şiraz əhalisinin İslami Şura Məclisində təmsilçisi deyib: “Münafiq terrorçu qrupu İtaliya və Fransa kimi bəzi Avropa ölkələrində məskunlaşan bu ünsürlərdən istifadə edərək özlərinə yeni həyat vermək istəyirlər. Amma biz bu ölkələrə və bu terror qruplaşmasına dəstək verməyə çalışan digər ölkələrə xəbərdarlıq edirik ki, onların bu hərəkəti İslami İran xalqının yaddaşında qalacaq və mütləq sərt cavab alacaqdır.”

İran İslam Respublikasının Xalq Mücahidləri (münafiqlər) terror təşkilatını dəstəkləyən ölkələrə cavabının peşmanedici olacağını vurğulayan Əzizi deyib: “Bu ölkələr bilməlidirlər ki, sınaqdan çıxmışı təkrar sınaqdan keçirmək düzgün deyil. Ötən illərdə İslami İran öz gündəmində terror qrupları ilə tam mübarizə aparıb və yaxşı olar ki, bu siyasi sistemlər öz həyatlarını terror cərəyanlarına bağlamasınlar.”

Millət vəkili əlavə edib: “Belə dar düşüncə ilə İtaliya parlamenti özünü güclü sistemlə münasibətdən məhrum edir. Onların bir qrup münafiq, çökmüş və şərəfsiz terrorçularla görüşməklə İslam Respublikası kimi güclü siyasi sistemi dəyişdirəcəklərini təsəvvür etmələri çox səthi görünür. Çünki bu qrupun İran xalqı, hətta beynəlxalq sistemlər arasında yeri yoxdur.”

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini açıqlamasının davamında İtaliya parlamentinin bu davranışına ölkəmizin Xarici İşlər Nazirliyinin reaksiyasına toxunaraq deyib: “Xarici İşlər Nazirliyi haqlı olaraq İtaliyanın Tehrandakı səfirini çağıraraq ölkənin ciddi etirazını ona çatdırıb. Təbii ki, İslam Respublikası bəzi Avropa ölkələrinin bu cür gülünc davranışlarının təkrarlanmasına imkan verməyəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .