15 iyul 2023 at 16:33
Jurnalist kodu: 5487
Xəbər kodu: 85170622
T T
0 Persons

Tags

Münafiqlərin terror qruplaşması İtaliyada sığınacaq axtarır

15 iyul 2023 at 16:33
Xəbər kodu: 85170622
Münafiqlərin terror qruplaşması İtaliyada sığınacaq axtarır

Tehran – İRNA - İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İtaliya parlamentinin bəzi nümayəndələrinin münafiqlərin rəhbəri ilə görüşünü pisləyərək deyib: “Bu terror qruplaşması İtaliyada yeni sığınacaq axtarır.”

Şəhriyar Heydəri İRNA-nın parlament müxbirinə müsahibəsində deyib: “Münafiqlər qrupu İraqda terror keçmişinə görə bu ölkədən qovuldu və Albaniyaya sığındı. Albaniya isə münafiqlərin terrorçu kimliyini tanıdığı üçün onlara bir sıra şərtlər əsasında sığınacaq verdi, lakin onlar bu şərtləri pozdular. Sonda Albaniya polisi tərəfindən şiddətli döyülmələrlə üzləşdilər.”

Heydəri vurğulayıb: “Bu terror qruplaşmasının kimliyi bütün ölkələrə, o cümlədən Avropaya bəlli olsa da, İtaliya parlamenti bu terror qruplaşmasının rəhbəri ilə görüş keçirib və İran İslam Respublikası bu hərəkəti pisləyir.”

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin ikinci müavini qeyd edib ki, İtaliya parlamenti bu davranışı ilə insan haqlarını dəstəkləmək iddialarının yalandan başqa bir şey olmadığını göstərdi. Münafiqlərin terror qruplaşması Albaniyada alçaldıldıqdan sonra yenidən dirçəlmək ardıncadır. İtaliya parlamentinin bəzi nümayəndələri ilə görüş bu terror qruplaşmasının artıq birliyinin olmadığı bir vaxtda keçirilib və bu cür siyasi gedişlərlə yeni fəaliyyət axtarışındadır.

İtaliya parlamentində terror cərəyanını dəstəkləyən bir sıra deputatlardan şikayətlənən millət vəkili bu deputatların terrorçu cinayətkarlara dəstək verməsini terrorizmin təbliği və təşviqinin bariz nümunəsi adlandıraraq deyib ki, dünyadakı sivil idarəetmə mexanizmləri terrorçuların cəzalandırılmasını vurğulayır, İtaliya parlamenti isə buna əməl etmir.

Heydəri İtaliya parlamentinin terrora dəstək verməsini onların İran İslam Respublikası ilə konstruktiv münasibətlərini pozacağını da diqqətə çatdıraraq deyib: “İtaliyanın bu hərəkəti münafiqlər kimi İtaliyanın da mənfur və çirkli simasının İran xalqının beyninə həkk olunmasına səbəb olacaq. Ümid edirik ki, bu ölkə münafiq terrorçularına qarşı siyasətinə yenidən baxacaq.”

Milli Təhlükəsizlik Komissiyasının rəyasət heyətinin üzvü XİN-nin reaksiyasına toxunaraq qeyd edib: “Xarici İşlər Nazirliyi gündəmində olan fəal diplomatiya ilə İtaliya parlamentinin beynəlxalq ictimaiyyətdə bu hərəkətinə etiraz etməli, onu hüquqi nöqteyi-nəzərdən izləməlidir. Ölkənin məhkəmə sistemi də beynəlxalq forumlarda şikayət etməlidir.”

İRNA-nın məlumatına görə, İtaliya parlamentinin bir neçə üzvünün bu ölkənin parlamentində münafiqlər qrupunun damğalanmış terrorçusunu qəbul etməsinin ardınca İtaliya səfiri Cüzeppe Perone bu gün – 13 iyunda Qərbi Avropanın baş direktoru tərəfindən XİN-ə çağırılıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .