15 iyul 2023 at 16:50
Jurnalist kodu: 5487
Xəbər kodu: 85170641
T T
0 Persons

Tags

Muzeylərin baş direktoru: Petroqlifin yüksək səviyyəli Sasani məmuru olduğuna heç bir şübhəmiz yoxdur

Tehran - İRNA - Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin Muzeylər baş direktoru deyib: “Üslub və tipologiya baxımından Milli Muzeydə olan petroqlif Fars bölgəsinin heykəltəraşlıq nümunələri ilə eynidir. Petroqlifin əsgər yox, Sasanilərin yüksək rütbəli məmuru olmasına şübhə etmirik.”

İRNA-nın mədəni irs müxbirinə açıqlamasında Mürtəza Ədibzadə deyib: “Petroqlifin Sasanilərin yüksək rütbəli məmuru olmasına şübhə etmirik. Sasanilərin əksər petroqlifi də buna işarədir. Bu tip petroqlif məhdud və nadir deyil, bizdə Sasani petroqliflərinin müqayisə edə biləcəyimiz çoxlu nümunələri var. Üslub və tipologiya baxımından onun üzərində işlədilən petroqlif və texnikalar Sasanilər dövrünə aid heykəltəraşlıq olduğu olduğunu açıq şəkildə göstərir və Fars bölgəsindəki heykəltəraşlıq nümunələrinə bənzəyir. Hazırda biz onun dəqiq mənşəyini və regional mənsubiyyətini tapmaq üçün işin elementar təhlili və orijinal mənşəyi üzərində daha çox işləyirik.”

M. Ədibzadə bildirib ki, ilkin araşdırmalarda tədqiqatçılar bu petroqlifi Fars vilayətinə aid etmiş və ona daha yaxın hesab ediblər, amma daha dəqiq araşdırmalar aparılmalı və nəticələr gələcəkdə mütləq müəyyənləşəcəkdir.

Muzeylərin baş direktoru qeyd edib ki, bu petroqlifin Sasani əsgəri olduğunu deyə bilmərik. Onun siyasi və ya hərbi xadim, bəlkə də dini bir şəxsiyyət olmasını aydınlaşdırmaq üçün tədqiqat və elmi araşdırmalar aparılmalıdır. Mahiyyəti tam müəyyən olunana kimi onu Sasani petroqlifi və ya barelyef adlandırmaq daha məqsədəuyğundur.

Sasani petroqlifi 35 il əvvəl İrandan qeyri-qanuni şəkildə çıxarılıb və təxminən 8 il əvvəl (16 yanvar 2016-cı il) London Stansted hava limanında aşkar edilərək müsadirə edilib. Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyi və Xarici İşlər Nazirliyinin tədbirləri və təqibləri ilə Britaniya Muzeyində üç ay nümayiş etdirildikdən sonra 28 iyun 2023-cü ildə İrana qaytarıldı.

Sasanilər dövrünə aid olan bu tarixi əsər 1988-ci ildə BƏƏ-yə daxil olub, 2006-cı ildə BƏƏ-dən çıxarılıb. Əsər 2016-cı ildə Böyük Britaniyada müsadirə edilib.

Bu petroqlifin İrandan çıxarılma vaxtı dəqiq məlum deyil, lakin onun BƏƏ-yə giriş vaxtını, yəni 1988-ci ilə təsadüf etdiyini nəzərə alsaq, çox güman ki, bu əsər tətbiq olunan müharibə zamanı qeyri-qanuni olaraq ölkədən çıxarılıb.

13-cü hökumətin işə başladığı son iki ildə Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin təqibi ilə Fransa və İngiltərədən İrana 30 tarixi mədəniyyət əşyası qaytarılıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .