İRNA müxbirinin məlumatına görə, Mehrdad Bəzrpaş bazar ertəsi İran İslam Respublikası və Azərbaycanın Gilan vilayətinin Astara liman şəhərində keçirilən birgə iqtisadi əməkdaşlıq iclasının sonunda əlavə edib: “Həm Biləhsəvar, həm də Astarada sərhədlərinin gündəlik daşıma qabiliyyətinin artırılması razılaşdırılan məsələlər arasında idi. Bu, mütləq iki ölkənin sərhədindəki işləri asanlaşdıracaq.”
Nazir Azərbaycan səfirliyində baş verən və ikitərəfli münasibətlərdə soyuqluğa səbəb olan xoşagəlməz hadisəyə toxunaraq deyib: “Bizim Azərbaycanla uzun ortaq sərhədimiz, geniş ticarət sərhədlərimiz və böyük dəhliz daşımaları şəbəkəmiz var. Bundan əlavə, bizim Azərbaycanla Şimal-Cənub dəhlizi ilə bağlı çoxlu planlarımız var və əlaqələri daha da genişləndirməyə ehtiyac var. İran İslam Respublikası hökumətinin və şəxsən cənab Rəisinin diqqəti bu əlaqələrin inkişafına yönəlib.”
Bəzrpaş bugünkü görüşün dəyərli nəticələr verdiyini bildirərək deyib ki, Astaraçay sərhəd körpüsünün tikintisi başa çatıb. Ona görə də sərhəd terminalının ən qısa zamanda gömrük və sərhəd mühafizə sistemləri ilə təchiz edilməsi, gömrük və sərhədçi həmkarlarının orada yerləşdirilməsi qərara alınıb.
O vurğulayıb: “Yaxın dörd ay ərzində biz bu yeni sərhəd terminalını istifadəyə verə bilməliyik ki, bu da hər iki tərəfdən ticarət yük maşınlarının daşınması və hərəkəti üçün çox yaxşı imkan yaradır.”
Yol və şəhərsalma naziri bu görüşdə müzakirə olunan digər məsələlər arasında Ağbənd bölgəsindən İran İslam Respublikasının ərazisinə daxil olan kommunikasiya bağlantısı olduğunu qeyd edərək deyib: “Təklif olundu ki, bu marşrut Culfadan çıxsın və Azərbaycan Respublikası hökumətinə köçürülsün. Ümid edirik ki, bu məsələ və Azərbaycan Respublikasının öhdəsinə olan bu körpünün tikintisi ən qısa zamanda həyata keçiriləcək.
Bu razılaşmaya əsasən, sərhəd sıfır nöqtəsi Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edildikdən sonra bir həftə ərzində onun tikintisinə başlanacaq.”
Yol və şəhərsalma naziri açıqlamasının davamında deyib: “Həmçinin qərara alınıb ki, qonşu ölkələrlə ticarətin inkişafı üçün əsas imkanlardan biri olan müştərək sərhəd bazarları aktivləşdirilsin, həm İran, həm də Azərbaycan tərəfində sərhəd bazarlarının çiçəklənməsinin şahidi olaq.”
Xudafərin və Ordubad bəndləri ilə bağlı razılaşmalara toxun nazir deyib ki, Xudafərin bəndi üzrə aparılan danışıqlara diqqət etməklə, su sərfiyyatı kvotası, eləcə də fikir ayrılıqları səbəbindən ləngiyən elektrik stansiyalarının tikintisi və elektrik stansiyalarının avadanlıqlarının quraşdırılması sahəsində qarşıdakı iki ay ərzində işlərin müəyyənləşdirilməsi qərara alınıb.
Bəzrpaş Azərbaycan tərəfinin də Ordubad bəndinə sərmayə qoyduğunu, lakin İran tərəfinin bəzi ekoloji problemlərə görə yubandığını və bunun müəyyən dərəcədə düzgün olduğunu diqqətə çatdıraraq deyib ki, bu iclasda yaxın bir ay ərzində ölkəmizin Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəyinin açıqlanması və maneələrin aradan qaldırılmasına çalışılması qərara alınıb.
Onun sözlərinə görə, energetika sahəsində Əlborz neft yatağı və qaz mübadiləsi ilə bağlı yaxşı razılaşmalar əldə olundu və öz rəyinin daha tez açıqlanması qərara alındı.
Yol və şəhərsalma naziri deyib: “Müdafiə sahəsində də əməkdaşlığın artırılması və keçmişlə müqayisədə əhəmiyyətli inkişafın olması və məqbul balansa çata bilməsi ilə bağlı razılaşma əldə olundu.”
Bəzrpaş bildirib ki, uzun müddətdən sonra iki ölkə arasında bu səviyyədə əlaqələr quruldu və bu görüşdə Gilan və Ərdəbil valiləri də iştirak etdilər və münasibətlərə xələl gətirən məsələləri aradan qaldırmaq üçün təkliflər verdilər.
Nazir vurğulayıb: “Şimal qonşumuz olduğu gündən Azərbaycan Respublikası məsələsi bizim üçün strateji məsələdir. Şimalın bir çox yerlərinə çıxışımız Azərbaycandan keçir.”
Sizin rəyiniz