İRNA-nın məlumatına görə, sionist rejimin “i24” xəbər kanalı bu gün (çərşənbə günü) sionist rejim ordusunun Qolani briqadasının hərbi komandirlərindən birinin adını çəkmədən ona istinad edərək deyib ki, Hizbullahın sionistlərin Əl Cəlil qəsəbəsi və İsrailin işğal etdiyi ərazilərə hücumunu simulyasiya edən və bu yaxınlarda yayımlanan videosu, –onun gümanına əsasən– Hizbullahın digər təxribatçı və nəticəsiz hərəkətlərindən biridir.
Hizbullah bazar günü gecə saatlarında 6 dəqiqəlik video yayımlayıb. Videoda müqavimət qüvvələrinin sionist rejimin işğalçı qüvvələrinin qərargahına hücumunun mərhələləri simulyasiya edilib.
Hər gün sionist ordusunun müxtəlif rütbələrində müxtəlif itaətsizlik xəbərləri dərc olunduğu və bunun Təl Əviv rəhbərləri üçün həlli mümkün olmayan problemə çevrildiyi bir vaxtda, bu mövzunu diqqətdən qaçıran sionist komandir iddia edib ki, əgər Hizbullahla belə bir qarşıdurma olarsa, İsrail ordusunun, xüsusən də elit və piyada birlikləri ilə yanaşı, ən güclü elita və piyada birlikləri arasında təsnif edilən Qolani bölməsinin üstün imkanları səbəbindən, qarşıdurma istər-istəməz (işğal olunmuş ərazilərdə deyil) Livan torpağında baş verəcək.
Sionist rejim ordusunun elit əsgərlərinin bir neçə gün əvvəl Cenin düşərgəsində aqressiv əməliyyatı iki gündən artıq davam etdirə bilmədiyi və geri çəkilmək məcburiyyətində qalıdığı bir halda, bu sionist komandir iddia edib ki, sionist rejimin qabaqcıl silahlara və zirehli maşınlara və yüksək performanslı tanklara, o cümlədən Merkava tankına malik olması 2008-ci ildən etibarən Qolani briqadasının simvollarından birinə çevrilib və istənilən münaqişədə üstünlüyü bu rejimə verəcək!
O, bu rejimin nazirlər kabinetinin mübahisəli məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsinə etiraz olaraq son həftələrdə işğalçı rejim ordusunun müxtəlif hissələri arasında üsyanların miqyasını və boşluqlara açıq şəkildə izah vermədən İsrail rejimi ordusunun istənilən döyüşə tam hazır olduğunu və təhdidlərə qarşı birləşdiyini iddia edib.
Sionist komandir əlavə edib ki, siyasi böhran səbəbindən ordunun zəiflədiyini düşünmək illüziyadır. Əsgərlərimizin motivasiyası, döyüş ruhu çox yüksəkdir və biz son vaxtlar ordunun xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirmişik.
“i24” şəbəkəsi bildirib ki, Qolani bölməsi İsrail rejiminin ərəb ölkələrinə qarşı bütün müharibələrində iştirak edib, 1967-ci ildə bu rejim üçün Qolan təpələri, İordan çayının qərb sahili və Sinay yarımadasının işğalında mühüm rol oynayıb, amma şəbəkə eyni zamanda sionist rejim ordusunun 2000 və 2006-cı illərdə Livan Hizbullahına qarşı məğlubiyyətlərini və son illərdə Fələstin müqavimətinə qarşı ardıcıl məğlubiyyətlərindən söz açmayıb.
Sizin rəyiniz