İRNA-nın xarici siyasət sahəsi üzrə məlumatına görə, İran XİN-nin mətbuat xidmətinin rəhbəri Nasir Kənani Danimarkada Qurani təhqir olunmasını kəskin şəkildə pisləyib.
Dünyanın istənilən yerində Qurani-Kərimə və ibrahimi dinlərin müqəddəslərinə qarşı istənilən hücuma qarşı effektiv mübarizə aparmaq üçün İslam dövlətləri və xalqlarının, bütün səmavi dinlərin ardıcıllarının birliyinin zəruriliyni bir daha bəyan edən mətbuat katibi deyib: “Dünyadakı iki milyarddan çox müsəlmanın müqəddəslərinə və dəyərlərinə təhqir pərdəsi arxasında duran senaristlərin bəd niyyətlərinə baxmayaraq, biz inanırıq ki, dünyanın azad düşüncəli və haqq axtaranları yekdilliklə bu pis fitnə və mənfur hərəkətlərə qarşı dayanacaqlar, ayıqlıq, birlik və həmrəylik sayəsində insan haqlarını pozan əsas şəxslər rüsvay və peşman olacaqlar.”
Kənani İslami müqəddəslərinə hörmətsizlik edənlərin məsuliyyətə cəlb edilməsi üçün İslam dünyasında davam edən səylərə toxunaraq deyib: “İran İslam Respublikası İslam ölkələri ilə təmas və müzakirələrini davam etdirməklə yanaşı, qərbin yalançı söz azadlığının kölgəsində insan ləyaqətini və həqiqi ifadə azadlığını hədəf alan 21-ci əsrin cəhaləti ilə mübarizədə öz fəaliyyət və səylərini davam etdirəcək.”
Diplomatiya aparatının sözçüsü vurğulayıb: “İran İslam Respublikasının baxışı budur ki, Danimarka hökuməti Qurani-Kərimin və İslami müqəddəslərin təhqir edilməsinin qarşısını almaq, eləcə də təhqir edənləri mühakimə etmək və cəzalandırmaq üçün məsuliyyət daşıyır. Bu kontekstdə İslam dünyasının ictimai rəyi Danimarka hökumətinin əməli addımını gözləyir.”
Sizin rəyiniz