23 iyul 2023 at 14:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85178512
T T
1 Persons

Tags

Kəlami Zəncani: “İRNA Azəri”-nin fəaliyyətə başlaması iki xalq arasında tarixi əlaqələri gücləndirəcək

Zəncan - İRNA – Şair və ölkənin “Birinci Mədəniyyət və İncəsənət” ordeni sahibi deyib: “İRNA Azəri”-nin fəaliyyətə başlaması gec olsa da, iki xalqın tarixi, dil və etnik bağlarına uyğun müsbət addımdır.”

Vəliyullah Kəlami Zəncani İRNA müxbirinə müsahibəsində deyib: “İslam İnqilabı məktəbinin müdafiəsi və şəhidlərin ideallarına uyğun olaraq hər bir dildə açıqlama cihadı məqsədəuyğun və arzu olunandır. Bu istiqamətdə addım atdığı üçün İslam Respublikası Xəbər Agentliyinə təşəkkür edirəm.”

Kəlami Zəncani qeyd edib ki, məsuliyyəti olan insanlar öz vəzifələrini yerinə yetirmək üçün vaxtında addımlar atmalıdırlar. “İRNA Azəri”-nin fəaliyyətə başlaması belə bir addıma nümunə ola bilər. İslam Respublikası Xəbər Agentliyinin bu addımını müsbət qarşılayıram və onun yaxşı nəticələri olacağına ümid edirəm.

“Birinci Mədəniyyət və İncəsənət” ordeni almış şair müsahibənin davamında deyib: “Dialekt və vurğularda cüzi fərqlər olsa da, dillər bir-birini başa düşür.”

Onun sözlərinə görə, İran Azərbaycanında, və Azərbaycan Respublikasında görkəmli şair və yazıçılar var ki, onların əsərləri hər iki ölkədə xalq tərəfindən istifadə olunur və böyük maraqla qarşılanır. İki ölkənin və xalqların tarixi, dil və etnik bağları çoxlu ortaq cəhətlərə malikdir.

Əhli-beyt (ə) məddahı və şairi Ustad Vəliyullah Kəlamifərd h.ş.1333-cü (m.1954) ildə Zəncanda anadan olmuşdur. Şairin əsərləri indiyədək 40 cilddə azəri və fars dillərində nəşr olunub. 2020-ci ildə “Birinci Mədəniyyət və İncəsənət” ordeni görkəmli şair Vəliyullah Kəlami Zəncaniyə təqdim olundu.

İslam Respublikası Xəbər Agentliyinin azərbaycanca internet saytı İRNA-nın 11-ci xarici dili olaraq İRNA-nın baş direktoru, İran səfirliyinin rəsmiləri və Azərbaycan Respublikasının Bakıdakı KİV rəhbələrinin iştirakı ilə açılıb.

İRNA-nın baş direktoru Əli Nadirinin sözlərinə görə, İRNA-nın Bakı ofisi tezliklə fəaliyyətə başlayacaq.

Sizin rəyiniz

You are replying to: .