27 iyul 2023 at 12:09
Jurnalist kodu: 5487
Xəbər kodu: 85182322
T T
0 Persons

Tags

Danimarka Qurani-Kərimi təhqir edən istənilən hərəkəti qətiyyətlə pisləyir

Tehran – İRNA – Danimarkanın xarici işlər naziri Qurani təhqir edən və söz azadlığından sui-istifadə edən hər hansı bir hərəkəti pisləyərək deyib: Bu azsaylı şəxslər Danimarka xalqının nümayəndəsi hesab edilməməlidir.

İRNA-nın məlumatına görə, Danimarkada İslam müqəddəslərinin dəfələrlə təhqir edilməsindən sonra, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen çərşənbə günü İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı aparıb.

Danimarka Xarici İşlər naziri bu danışıqda Qurani-Kərimin təhqir olunmasına görə təəssüfləndiyini bildirib və deyib: Danimarka Qurani-Kərimi təhqir edən istənilən hərəkəti qətiyyətlə pisləyir.

smussen bildirib: Danimarka konstitusiyasının əsas sütunu ifadə, din və dinc yürüşlər azadlığı olsa da, bəziləri bundan sui-istifadə edir ki, biz bunu qəbuledilməz hesab edirik.
Danimarkanın Xarici İşlər naziri əlavə etdi: Bu bir neçə şəxsi Danimarka xalqının nümayəndəsi hesab etmək olmaz.

Xarici İşlər naziri Əmir Abdullahian Danimarkanın telefon əlaqəsi qurmaqda təşəbbüsünü və Danimarka hökumətinin bu hərəkəti pisləməkdəki mövqeyini əhəmiyyətli sayıb və Quranı təhqir edənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb.

Son zamanlar səmavi kitab olan Qurani-Kərimə qarşı təhqirləri pisləyən və qınayan Xarici İşlər naziri deyib: Söz azadlığı o demək deyil ki, dini dəyərlər hədəfə alınsın və hücuma məruz qalsın. Buna əsaslanaraq, cəhalət dövrünü xatırladan bu cür gülünc və təhqiramiz hərəkətlərin təkrarlanması ən sərt formada qınanır.

Əmir Abdullahian dedi: Son təhqirlər müsəlmanların və digər İbrahimi dinlərə mənsub insanların pak hisslərini incitdi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının bu yaxınlarda qəbul etdiyi qətnamə də bu baxımdan əhəmiyyətlidir.

Xarici İşlər naziri əlavə etdi: Qurani-Kərimə qarşı iyrənc təhqir məsələsinin təkrarlanmasını və lazımi xəbərdarlıq və bildirişlərin diplomatik kanallar vasitəsilə çatdırılmasını nəzərə alaraq, Danimarka hökumətindən bu cür davranışların təkrarlanmasının qarşısını almaq üçün məsuliyyətli və ciddi tədbirlər görməsi və günahkarların ağır şəkildə cəzalandırması ciddi formada gözlənilir.

Bu danışıqda tərəflər ölkələr arasındakı mövcud əlaqələrin qorunub saxlanması və gücləndirilməsinin vacibliyini vurğuladılar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .